Prezident: “XXII əsrin müharibəsinə də hazır olmalıyıq”

Böyük Qələbə ölkəmizin tarixində növbəti inkişaf mərhələsinin başlanğıcıdır. Odur ki, qarşıda yeni vəzifələr və tapşırıqlar dayanır. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında bildirib ki, ölkəmizin gələcəyi uzunmüddətli dayanıqlı inkişafı, müstəqilliyin əbədiliyini və daim Azərbaycan xalqının təhlükəsiz şəraitdə öz dədə-baba torpağında yaşamasını təmin edəcək, ölkəmizin qüdrəti və təsir imkanlarını artıracaq şakildə hazırlanmalıdır.

 

Nəzərə çatdırılıb ki, siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması və ölkəmizin güclənməsi qarşıda duran vacib məsələlərdir. Bu gün Azərbaycanda aparılan siyasi dialoq təqdirəlayiq qiymətləndirilib, ölkəmizin gələcək siyasi sistemi və onun təkmilləşməsi üçün böyük əhəmiyyətə malik olduğu bildirilib.

 

Ölkə başçısı güc faktorunun öz aktuallığını qoruyub saxladığını da qeyd edib. Vurğulayıb ki, Azərbaycan daha müasir ordu yaradacaq. “Biz elə planlaşdırmalıyıq ki, əlli ildən sonra biz XXII əsrin müharibəsinə də hazır olmalıyıq. Çünki güc hər şeyi həll edir. Beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər” – Prezident deyib.

 

Səid Hüseynov

Şərh Yaz