Bu, heç də uğurların hamısı deyil

2018-2019-cu tədris ilində 3 nömrəli məktəb-liseyin də uğurları çox olub. Məktəbin 4 nəfər şagirdi Respublika fənn olimpiadaların final turunda çıxış edərək, rayona 3 medal qazandırıb: – XI sinif şagirdi Misir Cəfərov informatika fənni üzrə olimpiadada iştirak edərək bürünc medal, X sinif şagirdi Nicat Xancanlı ana dili fənni üzrə bürünc medal, Aytən Şıxməmmədli coğrafiya fənni üzrə gümüş medala layiq görülüb.  XI sinif şagirdi İlknur Murad isə olimpiadanın final turunun iştirakçısı olub.
“Ədəbiyyat biliciləri – 2019” müsabiqəsinin Respublika turunda X a sinif şagirdi Jalə Abdurzaqlı uğurla iştirak edərək II yeri qazanıb.
“Azərpoçt” MMC tərəfindən keçirilən inşa yazı müsabiqəsində VII c sinif şagirdi Məryəm Babayeva respublika üzrə IV yerə layiq görülüb və pul mükafatı  alıb.
XI sinif şagirdi Ülvi Cəbiyev qəbul imtahanında yüksək nəticə göstərərək 620 bal toplayıb.
İki nəfər şagirdimiz –  Zümrüd Qəhrəmanova və Dinara Fərzəliyeva rus dili olimpiadasında I yeri qazanıb.
XI sinif şagirdləri – Rüfət Ələkbərli, Rahim İslamov və Səfər Səfərli Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının VII ildönümü münasibəti ilə “Əsgər olmağa hazıram” devizi altında keçirilmiş turnirdə II yerə layiq görülüblər.
Alplogo – 2019 proqramlaşdırma olimpiadasında VI sinif şagirdi Məhəmmədəli Babayev IV, Google SketchUp-2019 proqramında ən yaxşı üçölçülü modelin hazırlanması müsabiqəsində VII sinif şagirdi Əli Babayev IV yeri qazanıb.
X a sinif şagirdi Şaiq Süleymanlı “Sabahın alimləri” VIII – respublika müsabiqəsində “Elektriklə işləyən avtomobillərdə əlavə enerjinin yaranması” layihəsi ilə iştirak edərək mükafatlandırılıb və IX müsabiqəyə dəvət olunub. Şaiqin təqdim etdiyi layihə Amerika mütəxəssislərinin diqqətini cəlb etdiyi üçün xüsusi Sertifikata layiq görülüb.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi İsmayıllı Regional Mədəniyyət İdarəsinin Azərbaycanda Xalq Cümhuriyyəti yaranmasının 101 illiyinə həsr olunmuş şeir nominasiyası üzrə IV sinif şagirdi Sərxan Muradlı və fortepiano ifaçısı nominasiyası üzrə Cavanşir Abdullalı respublika turuna vəsiqə qazanıb.
III sinif şagirdi Sevda Əzizzadə Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş şahmat yarışında respublikada IV yeri tutub.
Əlbəttə, bu, heç də uğurların hamısı deyil. Məktəb-liseyin şagirdlərinə və onların müəllimlərinə yeni-yeni uğurlar və nailiyyətlər arzulayırıq!

Sevda Qasımova,

ktəb-liseyin müəllimi

Şərh Yaz