Mühasibat uçotu önəmli sahədir

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin kollektivi tez-tez maarifləndirmə tədbirləri təşkil edir. Bununla yeni layihələrə imza atılır.

Kollecdə bu günlərdə yeni bir tədbir oldu. Sosial-iqtisadi fənlər üzrə fənn birləşməsinin sədri Adil Salehzadə seminar təşkil etdi. Seminarın mövzusu “Maliyyə hesabatlarının beynəlxalq standartları“ idi.

Seminarda kollecin rəhbərliyi, mühasibat uçotu ixtisasını tədris edən müəllimlər və təhsil alan tələbələr və “Niyal“ kurslarının baş mühasibi Loğman Mayılov mütəxəssis kimi dəvət olunmuşdu.

Seminarı əyani şöbə müdiri İbrahim Əhmədov açdı. Açılışdan sonra kollecin direktoru Kəmalə Süleymanlı öz çıxışında mühasibat uçotu ixtisasının ölkə iqtisadiyyatı üçün önəmindən danışdı.

Dəvət olunmuş mütəxəssis tələbələrə “Maliyyə hesabatlarının yeni beynəlxalq standartları” haqqında geniş məlumat verdi və bu mövzuda hazırladığı slaydı təqdim etdi. Tələbələrə seminarın mövzusuna aid suallar verildi. Fəal tələbələr mükafatlandırıldı.

yal Məmməliyev,

kollecin IV kurs təsi

 

Şərh Yaz