Xocalı rəsmlərdə

Fevral ayının 22-də  İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin fiziki tərbiyə rəhbəri Seyran Abdullayevin təşkilatçılığı ilə tələbə heyəti arasında Xocalı Soyqırımının 27-ci ildönümünə həsr olunmuş rəsm müsabiqəsi keçirilib.

Müsabiqə başlanmazdan əvvəl tələbələrə 26 fevral 1992-ci ildə xalqımıza qarşı törədilən soyqırımı barədə ətaflı məlumat verilib. Müsabiqə iştirakçılarının çəkdiyi rəsmlərdən sərgi təşkil olunub. Sərgiyə baxışda meşə və park təsərrüfatının təşkili qrupunun tələbəsi Səma Ağalarovanın çəkdiyi rəsm daha çox bəyənilib. Müsabiqə qaliblərinə kollecin rəhbərliyi tərəfindən diplom və həvəsləndirici mükafatların verilməsi nəzərdə tutulub.

Zinyət Allahverdiyeva,

kollecin I kurs təsi

 

Şərh Yaz