Ekskursiya maraqlı keçdi

 

28 fevral 2019-cu il tarixdə taxıl və taxıl məhsullarının saxlanması və emalı texnologiyası – 1615 və ət və süd məhsullarının texnologiyası – 1415 qruplarının tələbələri  kollecin müəllimlərindən Çingiz Aslanov, Ayaz Qasımov, Faiq Məmmədovun iştirakı ilə rayonun “Şəhər bazarı” adlanan ticarət mərkəzindəki “Qida Təhlükəsizliyi Agentliyinin” ekspertiza laboratoriyasında olduq.

Orada baytar-sanitar ekspertizası üzrə fəaliyyət göstərən həkimlə birlikdə kənd təsərrüfatı məhsullarından nümunələr götürdük və həmin nümunələr üzərində tələbələrin iştirakı ilə orqanoleptik təhlillər apardıq. Laboratoriyada olan avadanlıqlar barədə tələbələrə ətraflı məlumat verildi.

Nümunələrin fiziki-kimyəvi analizi aparıldı. Bütün heyətlə birlikdə ət və süd məhsullarının satışı sektoruna baxış keçirdik. Sonra bazarın taxıl məhsullarının satışı yerinə yollandıq. Dən kütləsini orqanoleptik təhlil etdik. Müxtəlif bitki dənlərinin natura kütləsini, mütləq çəkisini, 1000 ədəd dənin kütləsini  əyani şəkildə təyin etdik. Bütün taxıl cinsinə mənsub olan bitki dənləri haqqında tələbələr ətraflı məlumatlandırıldı. Bizə yaratdığı şəraitə görə ticarət mərkəzinin əməkdaşlarına təşəkkür etdik.

Faiq Məmmədov,

kollecin müəllimi

Şərh Yaz