Yüksək vətəndaşlıq mövqeyi

YAP-ın, əslində, Prezidentliyə Azərbaycanın ümumxalq namizədi cənab İlham Əliyevin 11 aprel seçkilərində qazandığı qələbənin sevinci ölkəmizin hər yerində, o cümlədən İsmayıllıda da əsil bayram səviyyəsində yaşanır.  Yüksək vətəndaşlıq mövqeyi
 Yüksək vətəndaşlıq mövqeyi                      İsmayıllı RİH başçısı Mirdaməd Sadıqov rayonun Kürdmaşı kəndinə belə bir ərəfədə əhali ilə görüş-qəbula gəldi. Burada həmişəkindən fərqli qələbəlik vardı. Sanki hamı tədbirə sevincini bölüşmək üçün toplaşmışdı.
Görüş-qəbulu giriş sözü ilə M.Sadıqov açaraq iştirakçıları seçkinin nəticələri münasibətilə təbrik edib, bildirib ki, Azərbaycan xalqı davamlı inkişafa, sabitliyə, daha təhlükəsiz həyata, Azərbaycan torpaqlarının bütövləşməsinə, Qarabağ müharibəsində qazanılacaq Qələbəyə səs verib. Kürdmaşı seçiciləri də bu seçkidə əsil vətəndaşlıq mövqeyi, Vətənə sədaqət nümayiş etdiriblər.
RİH-nin başçısı rayonun iqtiadıyyat yenilikləri barədə danışıb. Əhalinin həyat şəraitinin daha da yaxşılaşdılrılması, aqrar sahənin inkişafı üçün özəl fəaliyyətin səmərəli təşkilinə, ABAD xidmətdən yararlanmağa, bələdiyyənin, inzibati ərazi dairəsi üzrə nümayəndənin fəallaşmasına daha çox ehtiyac olduğunu qeyd edib.
Г‡ıxış edənlər diqqətlə dinlənilib. Kəndin ağsaqqalı Yunus Məmmədov Qaraməryəm-İsmayıllı yolunun çəkilişi, kəndin su probleminin 70 faiz həll edilməsi və aqrar istehsal müəssisələrinin yaradılmasına görə ölkə Prezidentinə əhali adından minnətdarlıq edib. Yeni bir artezian quyusunun qazılmasına köməklik göstərilsini xahiş edib.
Görüş-qəbulda mərkəzi küçədə işıqlandırma sisteminin quraşdırılması, uşaq bağçası açılması, kəndarası yolların düzəldilməsi barədə xahişlər də səsləndirilib. Bəzi sosial təminat və təchizat məsələlərinin həll olunması arzusu ilə çıxış edən hər bir iştirakçı diqqətlə dinlənilib. Hər məsələyə dair aid təşkilatlara tapşırıq verilib.
Azər Bədəlov

Şərh Yaz