Hacıhətəmli kəndində görüş-qəbul keçirib

İsmayıllı RİH başçısı Mirdaməd Sadıqovun Hacıhətəmli kəndində keçirdiyi görüş-qəbul buradakı tam orta məktəbin akt zalında reallaşıb.Hacıhətəmli kəndində görüş-qəbul keçirib               M.Sadıqov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti, qayğısı və hərtərəfli dəstəyinin nəticəsi olaraq son beş ildə İsmayıllının sosial-iqtisadi inkişafı və əhalinin rifahı yüksək səviyyəyə çatıb. Şəhərdə Xalça fabriki, Tircan kəndi ərazizisində “Bədo” sanatoriyası, Kürdmaşıda Aqrokompleksi və 3000 tonluq soyuducu-anbar, Heydər Əliyev prospektindəki üçulduzlu otel, Keyvəndi kəndindəki perspektivdə 1500 başlıq olacaq heyvandarlıq kompleksi ilin buraxılış obyektləri sırasındadır.
Bu müəssisələr işə düşdükdən sonra iş yerlərinin sayı, həm də əhalinin, rayonun gəlirləri artacaq. Yeni-yeni emal və istehsal müəssisələrinin istifadəyə verilməsinin nəticəsidir ki, 2017-ci ildən başlayaraq rayonun büdcəsi özünümaliyyələşdirmə əsasında formalaşıb.
Rayonun ümumi inkişaf xəttində Hacıhətəmli İƏD-i də öncül sıralarda qərarlaşır. Respublika Prezidentinin Sərəncamı ilə İsmayıllı-İvanovka-Hacıhətəmli magistral yolu, içməli su kəməri çəkilib. Ərazi dayanıqlı olaraq elektrik enerjisi və qaz yanacağı ilə təmin olunur. Üzümçülüyün inkişafı ilə əlaqədar iş yeri burada artıq problem deyil. Əmək fəallığı lazımi səviyyədədir. Gündəlik iş prosesində ortaya çıxan məsələləri rayon icra hakimiyyətinin rəhbərliyi aid təşkilatlarla birgə vaxtında həll edir.
Görüş-qəbulda iştirak edənlər də bir sıra vacib istiqamətlərə diqqəti cəlb ediblər. Bildiriblər ki, ərazidə 30-a qədər elektrik dirəyinin dəyişdirilməsinə, yeni elektrik transformatoru qoyulmasına, stadion üçün yer ayrılmasına, bəzi evlərə telefon çəkilməsinə, Hacıhətəmli tam orta məktəbinin binasının təmirinə ehtiyac vardır.
RİH-nin başçısı dinləmələrlə bağlı aid təşkilatlara müvafiq tapşırıqlar verilib.
Bütün məsələ, təklif və narazılıqlara tam aydınlıq gətirildiyi üçün iştirakçılar görüş-qəbuldan razılıqla gediblər.
Mehman Zeynalov

Şərh Yaz