Xalq-iqtidar birliyi özünü göstərdi

Aprel ayının11-də Azərbaycan xalqı qarşıdan gələn 7 il üçün ölkəni idarə edəcək dövlət başçısını seçdi. İsmayıllılar bu tarixi seçim günündə xüsusi fəallıq nümayiş etdirdilər. Əslində, müasir dünyada hər hansı ölkədə keçirilən Prezident seçkiləri həmin ölkə vətəndaşlarının taleyinin, gələcəyinin seçimi kimi qəbul edilir. Xalq-iqtidar birliyi özünü göstərdi
Xalq-iqtidar birliyi özünü göstərdi
Xalq-iqtidar birliyi özünü göstərdi
Xalq-iqtidar birliyi özünü göstərdi
Xalq-iqtidar birliyi özünü göstərdi                Məlum məsələdir ki, seçkidə iştirak edən xalq, ayrı-ayrılıqda hər kəs seçkidən sonrakı dövr üçün ölkəsinin hansı yolla gedəcəyini, hansı istiqamətdə inkişaf edəcəyini müəyyənləşdirmiş olur. Məramı, məqsədi və nəticəsi ilə 11 aprel məhz bu baxımdan Azərbaycan xalqının tarixinə mühüm hadisə kimi düşdü.
Əvvəlcədən gözlənildiyi kimi, bu seçkidə Azərbaycan xalqı yüksək vətəndaş fəallığı göstərdi. Hələ səhər saatlarından seçki məntəqələrinə dəstə-dəstə gələn seçicilər ismayıllıların da bu siyasi prosesdə fəal şəkildə iştirak qərarından xəbər verirdi. Bu fəallıqla hər bir seçici öz gələcəyini müəyyən etmək üçün üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələ bilmək iqtidarında olduğunu nümayiş etdirdi.
Yeri gəlmişkən, seçki günündə müşahidə apardığımız məntəqələrin hər birində qeydə alınan seçki fəallığı da bunu təsdiqləyirdi. 86 saylı İsmayıllı Seçki Dairəsinin1 saylı məntəqə seçki komissiyasının sədri Bəxtiyar Salihov seçicilər siyahısında 1160 nəfərin olduğunu söylədi. O qeyd etdi ki, seçki çox gözəl, fəal və mütəşəkkil halda keçir. Heç bir narazılıq yoxdur və əminəm ki, seçki gününü cox rahatlıqla başa çatdıracağıq. Seçki prosesini yerli və xarici müşahidəçilər izləyirlər. Seçkilərin gedişi sözün həqiqi mənasında xarici müşahidəçiləri heyrətləndirir. Onlar Azərbaycanın az müddət ərzində bu qədər inkişaf və yüksəliş yolu keçdiyini açıq etiraf edirlər.
86 saylı İsmayıllı DSK-nın 2 saylı məntəqə seçki komissiyasının sədri Nadir Hacıyev də seçkinin gedişindən razılıq etdi: “Məntəqəmizdə 1441 nəfər seçici siyahıya alınıb. Səsvermədən keçən 5 saat ərzində 500 nəfərdən artıq seçici səsvermədə iştirak edib. Bu fəallıq davam etsə, seçki prosesi başa çatana qədər 80-90 faiz seçici səsvermədə iştirak edəcəkdir. Seçkidə gənclərin fəallığı xüsusilə diqqəti cəlb edir. Yerli və xarici müşahidəçilər seçkilərin gedişini yaxından izləyirlər. Seçki prosesi normal, qayda-qanun çərçivəsində, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə müvafiq həyata keçirilir.
Yerli müşahidəçilər sırasında müxtəlif siyasi partiyaların, birlik və təşkilatların nümayəndələri seçkinin gedişini izləmiş, gün ərzində heç bir qanun pozuntusu ilə üzləşməmişlər.
Dairə Seçki Komissiyasının 6 saylı məntəqə seçki komissiyasında seçkilərin yüksək əhval-ruhuyyə ilə keçməsinin şahidi olduq.
59 saylı seçki məntəqəsinə gəlişimiz nahar fasiləsi vaxtına düşsə də seçicilərin məntəqəyə aramsız gəlişi davam etməkdə idi. Məntəqə seçki komissiyasının sədri Lətifə Həmidova qeyd etdi ki, bu seçkiləri mən əsil demokratiya bayramı adlandırardım. Əvvəllər keçirilən Prezident seçkilərini xatırlayanda keçdiyimiz inkişaf yolunu, əldə etdiyimiz mədəniyyəti, demokratiyanı görəndə qürur hissi duyuram. Seçkilərin yüksək səviyyədə başa çatacağına tam əminəm. Seçicilər bu günü çoxdan gözləyirdilər. Bu gün hər bir seçici öz arzusuna, öz gələcəyinə səs verir.
Şəhər ərazisində yerləşən seçki məntəqələrində olsaq da digər məntəqələrlə də telefon əlaqəsi saxladıq. Məntəqələrdən aldığımız cavablarda bir eynilik, oxşarlıq vardı –“ seçkilər yüksək əhval-ruhiyyə şəraitində keçir.
Seçicilər səsvermənin son dəqiqələrinə qədər mütəşəkkillik nümayiş etdirdilər. Elə həmin gün respublika KİV-nin verdiyi ilkin məlumatlara görə İlham Əliyevin yenidən ölkə Prezidenti seçilməsi xəbəri bütün dünyanı dolaşaraq Azərbaycanı sevənlərə bitib-tükənməyən sevinc, fərəh duyğuları bəxş etdi. Bu qələbədə İsmayıllı seçicilərinin də səs, sevinc və qürur payı var.
Şahməmməd Soltanov

Şərh Yaz