Sabahın qəhrəmanları

İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərində şəhid olan soydaşlarımızın xatirəsinə həsr olunmuş “Şahin” hərbi-idman oyunları üzrə 18 komandanın iştirakı ilə rayon birinciliyi keçirilib.Sabahın qəhrəmanları

Tədbiri Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov açaraq qeyd edib ki, Aprel döyüşlərində şəhid olan, yaralanan, iştirak edən əsgər və zabitlərimiz Böyük Qələbəyə gedən yolu açıblar. Azərbaycan ordusunun qüdrətini, torpaqlarımızı azad etmək iqtidarında olduğunu nümayiş etdiriblər. Dövlətimiz tərəfindən şəhidlər daim anılır, ailələrinə qayğı göstərilir, Qazilərin müalicəsi üçün hər şey edilir. Şəhidlərin ruhu və onları yetirən valideyinlər qarşısında baş əyirik. Tam əminliklə demək olar ki, bugünkü şahinlər sabahın qəhrəmanlarıdırlar.
Rayonumuzun Maçaxı kəndinin yetirməsi, cəsurluğu ilə hərbi xidmətdə seçilən Mikayıl Vahabzadə də Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Tədbirdə şəhidin atası Yaqub Vahabov da iştirak edib. Giriş nitqindən sonra Azərbaycanın Dövlət himni səslənib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov, Hərbi Xidmətə Г‡ağırış və Səfərbərlik üzrə Dövlət Xidməti İsmayıllı Rayon Şöbəsinin rəisi Xamis Bədəlov, Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, rayon Veteranlar Şurasının sədri Əlaləm Babayev, şəhid Mikayıl Vahabzadəyə həsr olunmuş kitabın müəllifi Lətifə Əliyeva, Aprel döyüşlərində ağır yaralanmış və dövlət qayğısı ilə sağlamlığı bərpa olunan Yaşar Ağayev çıxış ediblər. Г‡ıxışlarda vətənpərvərliyə, qələbəyə, orduya hərtərəfli yardımçı olmağa, Qələbəyə çağırışlar səslənib, şəhidlərə rəhmət deyilib.
Sabahın qəhrəmanları
Profili və məzmunundan asılı olmayaraq rayonda keçirilən bütün tədbirlərin fəal iştirakçısı olan QMƏVŞA ictima birliyi rayon filialının sədri Vidadi Zərbiyev, İsmayıllı Yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik leytenant İlkin Cəfərov və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov tədbirdə iştirak ediblər.
Yarışın başlanmasına start verilib. Bir neçə saatdan sonra qaliblər müəyyənləşdirilib. Şəhər 3 nömrəli məktəb-lisey birinci, Diyallı kənd tam orta məktəbi ikinci, Talıstan kənd tam orta məktəbinin şahinləri isə üçüncü yeri tutub.
“Şahin” hərbi-idman oyunları rayon turunun qalibi olan komanda Şamaxı şəhərində keçiriləcək zona yarışında iştirak etmək hüququ qazanıb.
Qaliblərə rayon Gənclər və İdman İdarəsinin, ATİAHİ İsmayıllı Rayon Komitəsinin hədiyyələri verilib.
Səbuhi Əzizov

Şərh Yaz