Kitab tərbiyə vasitəsidir

İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi Yasəmən Ağayevanın təşkilatçılığı ilə məktəbin ilk açılış günündə – 24 noyabrda Bilik Fondunun “Qiraət istirahətdir” layihəsinə qoşulmaqla Jül Vernin “Kapitan Qrantın uşaqları” əsərinin müzakirəsi keçirilib.
Müzakirədə VI c və V b sinif şagirdləri Ziya Baxışlı, Aytac Tarverdiyeva, Sədulla Məmmədli, Fəqan Əliyev, Nəsrəddin Şahalıyev, Fatimə Ağazadə, Eşqin Məlikov, Sərdar Qasımzadə, Samir Babayev, Emil və Nihat Hümbətliyevin əsərdən səhnələşdirdikləri parçalar və surətlər haqqındakı çıxışları hamının böyük marağına səbəb olub.
Kitab tərbiyə vasitəsidir
J.Vernin həyat və yaradıcılığı və “Kapitan Qrantın uşaqları” əsəri haqqında müəllim Yasəmən Ağayeva geniş məlumat verib. O, çıxışında qeyd edib ki, J.Vern “Kladius Bombarnak” əsərində Azərbaycanı – Bakını, Gəncəni və Xəzər dənizini, o cümlədən respublikamızın başqa yerlərinin elə gözəl və dəqiq təsvir edib ki, adam inanmır ki, o, bu yerləri görməyib.
Məktəbin şagirdləri Ləman, Xanım, Ayşən və Aysunun kitab haqqında söylədikləri şeirlər, müdrik fikirlər hamının diqqətini cəlb edib.
Məktəbin müəllimləri A.Aslanova, E.Muradəliyeva, A.Babayeva, A.İbrahimova tədbirdəki şagirdlərə maraqlı suallar verərək, kitabın insan həyatındakı böyük rolundan danışıblar.
Məktəbin tərbiyə işləri üzrə direktor müavini Elvüsal Babayev tədbiri yekunlaşdıraraq müəllim A.Yasəmənə və iştirakçılara təşəkkürünü bildirib. Belə müzakirələrin şagirdlərin tərbiyəsində böyük rol oynadığını vurğulayıb.
Q.İlkanə
məktəbin VIII a sinif şagirdi

Şərh Yaz