Hüseyn Cavid anıldı

28 noyabr 2017-ci il tarixində Zeyvə kənd ümumi orta məktəbində görkəmli dramaturqumuz H.Cavidinin anadan olmasının 135 ilinə həsr olunmuş tədbir keçirilib. Bədii gecənin təşkilində məktəbin V və VIII sinif şagirdləri fəal iştirak ediblər. Tədbirin təşkilatçısı, bu sətirlərin müəllifi, məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Turac Əhmədova çıxış edərək bildirib ki, Hüseyn Cavid kimi dahi insanların dünyaya gəlişi nəinki vətənimiz üçün, həm də bütün türk dünyası üçün əvəzolunmaz bir ərmağandır. Hüseyn Cavidin:
Hüseyn Cavid anıldı
Kəssə hər kəs tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü. –“
ifadəsini yada salan Turac Əhmədova Cavid əfəndinin
“Bəni öldürsələr də, bən yaşarım,
Tərk edib xəlqi, xaliqə qoşarım”.
ifadəsilə nitqini bitirərərək dahi şairin qəlblərdə yaşayacağını diqqətə çatdırıb. Bədii gecədə ədibin həyat və yaradıcılığına aid videoçarx və H.Cavidə həsr olunmuş “Cavid ömrü ” filmindən fraqmentlər nümayiş olunub. Məktəbin direktoru Nazim Salmanov çıxış edərək səma şairinin həyatı haqqında maraqlı məqamlara toxunub.
T.Əhmədova

Şərh Yaz