Təhsildə dəyərlər ilindən keyfiyyət ilinə doğru

2017-2018-ci tədris ilinin “Təhsildə keyfiyyət ili” elan edilməsi ilə bağlı RTŞ-nin fəaliyyət planınna uyğun olaraq 22 dekabr 2017-ci il tarixində Basqal qəsəbə tam orta məktəbində “Təhsildə dəyərlər ilindən keyfiyyət ilinə doğru” mövzusunda seminar-müşavirə keçirilib.
Təhsildə dəyərlər ilindən keyfiyyət ilinə doğru
Seminarda ümumtəhsil məktəblərinin rəhbərləri, fənn müəllimləri, RTŞ-nın metodistləri S.Mikayılova, Ü.Zeynalova, S.İsmayılova və G.Cərullayeva iştirak edib.
Seminar-müşavirə əl işlərinə baxışla başlayıb, sonra açıq dərslər keçirilib. Açıq dərslər fənn müəllimlərinin iştirakı ilə müzakirə olunub. Nəzəri hissəni yüksək qiymətləndirən məktəbin direktoru A.Qafarov gələn qonaqları salamlayıb, onları qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edib.
RTŞ-nın metodisti S.İsmayılova ”Təhsildə kəmiyyət azalır, keyfiyyət artır” mövzusunda məruzə edib. Seminar məktəbin müəllimləri “Təhsildə keyfiyyət və innovasiya” (Y.Ağayeva), “Yeni təlim metodlarının dərsə tətbiqi” (R.Nağıyeva) mövzusunda çıxışları ilə davam edib.
Minkə kənd ümumi orta məktəbinin direktoru R.Məmmədov belə tədbirlərin, açıq dərslərin mahiyyətindən danışıb. Qonaq müəllimlər açıq dərslərin müsbət və mənfi tərəflərindən danışıblar.
S.İsmayılova,
RTŞ-nın metodisti

Şərh Yaz