Layihələrə yekun vurulub

Təhsil Nazirliyinin keçirdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”ndə pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqaməti üzrə qalib gəlmiş İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin musiqi müəllimi Surə Mehdiyevanın “Öyrədənik, bir addım öndəyik”, həmin məktəbin ingilis dili müəllimi Pərvanə Piriyevanın “Şagirdlərin imtahanöncəsi psixoloji gərginliyinin azaldılmasına dəstək” və Topçu kənd tam orta məktəbinin müəllimi Gülər Babayevanın “Məktəbli-valideyn” adlı layihələrinin təqdimatına yekun vurulub. Layihələrə yekun vurulub
Hesabat tipli tədbirdə icrası başa çatdırılan layihələr çərçivəsində görülən işlər müzakirə edilib, əldə edilən nəticələrdən söz açılıb. Bildirilib ki, əsas brendi təhsil olan İsmayıllı rayonu bu sahədə Respublikada öndə gedən rayonlardan biridir.
Elnarə Qasımova

Şərh Yaz