Həyat haqqında…

Öz həyatını yaşamağın yalnız iki yolu vardır. Birincisi –“ sanki həyatda heç möcüzə yoxdur, ikincisi isə –“ sanki bizi əhatə edən hər şey möcüzədir”.
Albert Eynşteyn
Bütün şablon cümlələri bir kənara ataraq, öz düşüncəmlə həyatı sizə anladım… “Həyat” – bu 5 hərflik sözü ifadə edəcək minlərlə fikir söyləmək olar. Bəzən şablon, bəzən gerçək. Əslində həyat şablonları sevmir. Həyat bilirsiz nədir? Sən gələcək planlar hazırlayarkən, bütün planlarını bir anda parça-parça edəndir. Əslində yaşadığımız hər gün həyatın özüdür. Xoş günlərimiz “xoşbəxtlik”, pis günlərimiz ”bədbəxtlik” adı qoyduğumuzdur. Həyata gəldiyimiz ilk andan son ana kimi hər şey öz əlimizdədir. Ya çalışıb həyatımızı mənalandıracağıq, ya da sadəcə, seyirçi olacağıq.
Həyat haqqında...
Bernard Şou deyirdi: “Dünyada dəyişiklik etməkdə uğur qazananlar, dəyişikliyə özlərindən başlayanlardır”. Bəzi şeyləri özümüz seçmirik, məsələn: Dinimizi, adımızı, boyumuzu və.s. Amma həyatda necə yaşamağı özümüz seçirik. Yaxşı, ya pis olacağıq, iradəli olub hər şeyin öhdəsindən gələcəyik, ya da iradəsiz olub hər zaman başqalarının fikirləri ilə hərəkət edəcəyik.
İnsan yaradılışından indiyə kimi milyardlarla insan doğulub və ölub. Özündən sonra iz qoyanlar yalnız öz üzərilərində işləyib ömür qazananlardır. İradəsiz və başqalarının fikirləri ilə yaşayanlar, daim boyunduruq altında yasamağı sevənlər, şöhrətpərəstlər heç zaman tarixdə qala bilməyiblər. Səbəb isə çox sadədir. Həyat dediyin şöhrətpərəstləri və iradəsizləri sevməz.
Cekson Braun yazır: “Cəld və cəsur ol! Bir gün geriyə baxdığında etdiklərindən çox etmədiklərin üçün peşman olacaqsan. İnsan hər zaman “kaşki”lərlə yaşayır. İnsanı ən çox məhv edən də, onu bu həyatdan ayıran da məhz elə o “kaşki”lərdir. Nə etsək də, “kaş” dediyimiz an olacaq. Sadəcə o “kaş” sözündən sonra düşünək ki, heç də iradəsiz və calışmadan yaşamadıq. Cəsarətimiz, çalışmağımız və iradəmiz bizə “kaşki”ləri unutdursun.
Həyat və ayrılıq sözünü bərabər çəksək, bəlkə də yanılmış olmarıq. Əvvəl bağçadakı dostlarından, sonra məktəbdəki sinif yoldaşlarından, tələbə yoldaslarından, sevdiklərindən, ən sonunda isə həyatın özündən ayrılıb gedərsən.
XX əsrin təhlükəli min ilin dahilərindən biri seçilmiş Osho belə deyirdi: “Ayrılıq qaçılmaz bir sondur. Heç kim istəməz, amma, olması gərəklidir. Г‡ünki həyat olduğu kimidir, olması gərəkliyi kimi deyil”. Həyatı öz arzu və istəklərimizə görə qura bilmərik. Hər şeyi zaman həll edir, həyat isə ona imza atir. Gərək gündə bir neçə dəqiqə yalnız qalasan.Yoxsa tozlanarsan. O toz üzündən gözlərin dünyanı görməz və ya doğrunu görə bilməz. Həyat bəzən unutdurar, bəzən səni zirvələrə qaldirar, bəzən səni zirvədən aşağı atar. Hər şeyə rəğmən, dözümlü olub iradə sahibi olanlar qazanırlar. Dizləri üstünə yıxılsa belə, ayağa qalxmağı bacaranlar qalib gələr hər zaman. Olmaq, ya olmamaq?! Budur əsl sual. Həyatın zərbələri ilə barışmaq, yoxsa onlara qarşı mubarizə aparmaq?
Dunyaya gələndən gedənə kimi suallar icindəyik. Suallara cavab axtarsaq da çoxuna cavab tapa bilməyəcəyik. Həyatın bizə verdiyi suallar və bizim tapdığımız cavablar müxtəlifdir. Tək bir sualın cavabı eynidir. Bəs son? Sonun cavabı isə hər kəsə birdir – Ölüm!!! İnsanlar həyatda müxtəliflik arxasınca qaçarkən hər kəsin yolu bir yerdə birləşir.
Xoşbəxtlik!!! Hər kəs xoşbəxtlik arxasınca qaçar. Düşünək, xoşbəxtlik nədir? Hər kəs indi düşündü, xoşbəxtlik yolun sonundadır, o hardasa irəlidə qapının ağzında, evində, yolda və daha nələr. Əslində yolun sonu elə sondur. Orda xoşbəxtlik yoxdur. Xoşbəxtlik yolumuzun üstündədir. Hər saniyə keçdiyimiz yolların üstündə. Bəzilərimiz bunu görər və qiymətləndirər, bəzilərimiz isə sadəcə, arxasınca qaçar, sanki, qarşıda, hardasa küçənin sonunda onu gözləyirmiş kimi davranar. Əslində, xoşbəxtliyi əzib kecər, heç fərqinə də varmaz.
16-18 yaşında xoşbəxtlik qabaqdadır, – deyə düşünürük, 30 yaşında lap ona çatmışıq deyə 40 yaşında isə heç nə, boşluq hiss edərik. Əslində isə qaçdığımız qarşıdadır deyə, düşündüyümüz xoşbəxtliyin üstündən keçib getmişik, baxmamamışıq deyə, qalan bütün ömrümüzü pesimanlıq içərisində keçirərik. Həyat düşünmək və yaşamaqdır. Bəs niyə bu ikisi? Niyə iradə, vuruşmaq, çalışmağın adların çəkmədim. Г‡ünki ən gözəl seylər və həyatın verdiyi suallara cavab tapmaq “kaşki”lərlə yaşamamaq üçün düşünmək kifayətdir. Əslində, çox şey danışmaq olardı, amma, Həyat6 – deyib üç nöqtə qoyaq… Və davamını özümüz yaşayaq və görək.
Xəzri Muradov

Şərh Yaz