Minnətdaram

İsmayıllı rayonunun Cülyan kəndində yaşayıram. İkinci qrup Г‡ernobıl əliliyəm. 30 ildən artıqdır ki, baş vermiş qəzanın zərərsizləşdirilməsi zamanı aldığım fəsadları canımda gəzdirirəm. Sağlamlığımı məhdudlaşdıran ağrı-acılar istədiyi vaxt rahatlığımı pozur. Belə hallarda təbii olaraq həkimlərə müraciət etməli oluram. Onu da qeyd edim ki, rayonda 40 nəfərə yaxın Г‡ernobıl əlili var. Onların hər biri, eləcə də mən İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının həkimlərinə müraciət etdiyimiz anda can-başla qayğımızı çəkir, ağrılarımızı unutmaqda bizə kömək edirlər.
Ayaqda durmaqda, ailəmizin başında olmaqda bizə dəstək olan həkimlərdən Ağalətif Maqsudova, Fikrət Osmanova, Allahverdi Muradova, Müşabə Həsənovaya, xəstəxananın bir çox tibb işçisinə öz adımdan və əzabkeş, qədirbilən qurup yoldaşlarım adından minnətdarlıq edirəm. Allah xeyirxah insanlara uzun və xeyirli ömür versin!
Süleyman İlyasov

Şərh Yaz