Şəhid Mikayıl Vahabzadənin qəbri ziyarət olunub

““Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Aprel döyüşləri şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı yeniyetmə və gənclər arasında tədbirlərin təşkili” layihəsini həyata keçirir. Layihənin əsas məqsədini 2016-cı ilin aprel döyüşlərində qəhrəmanlıqla şəhid olmuş əsgər, gizir və zabitlərin qəhrəmanlığının təbliği və xatirələrinin əbədiləşdirilməsi və bununla bağlı maarifləndirmə işinin aparılması təşkil edir.Şəhid Mikayıl Vahabzadənin qəbri ziyarət olunub
Şəhid Mikayıl Vahabzadənin qəbri ziyarət olunub     Layihə çərçivəsində İsmayıllı rayonundan aprel döyüşlərində həlak olan şəhid Vahabzadə Mikayıl Yaqub oğlunun əziz xatirəsinə həsr edilmiş tədbir təşkil edilmişdir.
Tədbir şəhidin doğulub boya-başa çatdığı, dağlar qoynunda yerləşən İsmayıllı rayonunun Maçaxı kəndinin ən hündür yerində yerləşən qəbirüstü abidəsinin ziyarəti ilə başladı. Ziyarətdə İsmayıllı rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Г‡ağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin İsmayıllı rayon filialının, QHT-lərin, kənd ərazi icra nümayəndəliyinin əməkdaşları ilə bərabər şəhidin ailə üzvləri və yaxınları, dostları, kənd ağsaqqalları, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Г‡ıxışlarda şəhid Mikayıl Vahabzadənin vətənpərvər, vətəni özünə tən bilən, gənc yaşında böyük hörmət-izzət qazana bilən bir qəhrəman Azərbaycan övladı olduğu diqqətə çatdırıldı.
Tədbir şəhidin təhsil aldığı Musa Piriyev adına Tircan kənd tam orta məktəbinin pedaqoji kollektivinin vətənpərvərlik ruhunda hazırladığı ədəbi-bədii kompozisiya və Aprel döyüşlərinə həsr olunmuş sənədli filmin nümayişi ilə davam etdirildi. Tədbirin sonunda çıxış edənlər belə tədbirlərin keçirilməsinin xüsusi əhəmiyyətini qeyd etməklə, təşkilatçılara öz təşəkkürlərini bildirdilər.
Qönçə Ağazadə,
Tircan kənd tam orta məktəbninin müəllimi

Şərh Yaz