Müstəqilliklə bağlı məktəb tədbiri

İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbində ölkəmizin hər yerində olduğu kimi 18 Oktyabr – Müstəqillik Günü təntənəli şəkildə qeyd edilib. Dövlət himni ilə başlayan tədbiri giriş sözü ilə açan məktəbin direktoru, Bilik Fondunun İsmayıllı rayonu üzrə nümayəndəsi Elçin Məmmədov müstəqilliyin önəmindən danışıb. Müstəqilliklə bağlı məktəb tədbiri
E.Məmmədov bu şərəfli yolun çətinliyini qeyd edərək onun qorunub möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin danılmaz rolunu qeyd edib.
Məktəbin tarix müəllimi Bəxtiyar Fərəcov həyatımızda misilsiz rolu olan müstəqilliyimiz barədə tədbir iştirakçılara geniş məlumat verib. Sonda şagirdlərin ifasında tarixi günü vəsf edən şeirlər, musiqi nömrələri və ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Elnarə Abdullayeva,
məktəbin müəllimi

Şərh Yaz