Musa Yaqub –“ 80

Poeziya buketi…

Yollar

Yenə yollar aldı qəlbimi,
Qulaq ver yağışın qərib səsinə.
Damcılar qaranquş dimdiyi kimi
Г‡ırpılır vaqonun pəncərəsinə.
Harda qırılacaq ömrün yolları…
Yağış döyəcləyir cığırı, izi.
Bu ağcaqayınlar əsgər qolları
Uzanıb qatara salamlar bizi.
Musa Yaqub –“ 80
Bir qardaş qəbrini salıram yada,
Könlümə yağışlar yağır bu yerdə.
Damcı var torpaqda qalır piyada,
Damcı var yolçudur pəncərələrdə,
Yoxsa bir buludam,
Yağış yerinə
Səpirəm yollara xoş xəyalları.
Könlüm bu yerlərin düşdü sehrinə
Ömür yollarıdır qatar yolları.
A kipriyi ləçək,
Bir də dön bəri,
Baxar qatar dalınca,yağış dalınca.
Sonra mən axtarıb gəzim hər yeri,
Düşüm bu ilahi baxış dalınca…
Yenə yollar aldı qəlbimi,
Qulaq ver yağışın qərib səsinə.
Damcılar qaranquş dimdiyi kimi
Г‡ırpılır vaqonun pəncərəsinə.

Mənim ümid şeirim

Sən o biganəni alma eyninə,
Demə ki yox məni bir duyan kəsim.
Mən bir ümid şeiri yazıram sənə,
Bu ümid şeirimi oxu, əzizim.

Gözündə izi yox kinin, yalanın–¦
Bircə baxışından nurlanar günüm.
Bəs belə ilahi gözü olanın
Ümidi olmazmı, gözünə dönüm?

Mənimçin ucasan bir zirvə kimi,
Sən kimin yerini uca bilərsən?
Göyərçin əllərin ümid deyilmi?
Elə bu qanadla uça bilərsən.

Lap deyək tək çiçək yaylaqda qərib,
Yox bir oxşayanı, məhəl qoyanı.
O, elə ümiddir, dünyaya gəlib,
Baharlar ömrüdür, torpaq həyanı,

Bir tər çiçəyisən bizim çəmənin,
Gizlən, bənövşə ol –“ nəzərdə varsan.
Qapına ümidə gəlirik sənin,
Sən ümid qapını harda ararsan?
Ərit ürəyində, ərit o buzu,
Bənövşəm, yaza bax, başını qaldır.
Göylərin ən uzaq ümid ulduzu
Ovcunun içində yansa –“ xəyaldır

Elə boş xəyalı alma eyninə,
Könlündə tel olub titrəsin səsim.
Mən bir ümid şeiri yazıram sənə,
Bu ümid şeirimi oxu, əzizim–¦

Qızıl gül

Bir rəng ilə gör neçə rəng çəkmisən,
Qara torpaq, əhsən sənin fırçana,
Diriltməyə qızıl toxum əkmiən,
Gül donunda qızıl gəlibdir cana.

Qızıltozu fışqıracaq qanında,
Od ləçəkdə alış görüm ürəyim,
VAllah, belə qızıl qönçə yanında
Qızıl külçə deyil mənim gərəyim.

Ovcumdadır bu çəhrayı alovlar,
Bu olmasa vurar məni qırovlar.
Tər çiçəklər könül alar, ruh ovlar,
Allah, məni bu məqamdan ayırma,
Büllur dolu qızıl camdan ayırma.

Xoşdu mənə göy ilimdən,yer ilim,
Öldür məni bu ləçəkdə dirilim,
Qurban olsun bu anıma min ilim,
Qoy məni də ləçəklənim, Allahım,
Gül ömrüylə bu dünyaya aldanım.

Gözəlliyi,zərifliyi qoy görüm,
Bax gözlərim, duy ürəyim, duy görüm.
Qızıl buta, yaşıl donu soy görüm,
Alt köynəyin alov dili bir ocaq,
Bu alovda gümüş şehin yanacaq.

Onda biləcəksən

İndi nazın böyük, ürəyin aram,
Eh, mən də səninçün belə qalmaram–¦

Bir də görərsən ki, bir ərk yerin yox,
Qalmısan neçə yad baxışın altda.
Qəfil görəcəksən çətirin də yox,
Əsirsən bir qərib yağışın altda.
Günəşdə üstünə kölgə salan yox,
Tənhasan, amma heç yada salan yox.
Sönüb səndən ötrü o isti ocaq.
Onda bilcəksən mənim sevgimi,
Biləcəksən,
O da çox gec olacaq.

Könlün darıxanda, lap darıxanda,
Kimlərsə hardansa qoşa baxanda,
Bir də görəcəksən
Sən burda təksən,
Yanında boş qalıb bir sirdaş yeri,
Sızlayır könlünün həmin boş yeri.
O sözün, o səsin, o ərkin yoxdur,
Dərdin var, bu dərdə şərikin yoxdur.
Onda birdin-birə gözün dolacaq,
Onda biləcəksən mənim sevgimi,
Biləcəksən,
O da çox gec olacaq.

Məsələn, bir dəfə yeri gələndə,
Bir gizli vaxt tapıb güzgülənəndə
Bir də görəcəksən şümşad əllərin,
Г‡iyninə tökülmüş dalğın tellərin,
Bir gülər üzün var,
Amma bilən yox,
Bu xumar gözlərlə birgə gülən yox.
Yoxdur bu əllərin qədirbiləni,
Yoxdur bu tellərin qədirbiləni,
Г‡iynin boş, əlin boş, boş qalan qucaq..
Onda biləcəksən mənim sevgimi,
Biləcəksən,
O da çox gec olacaq.

Soraq almayanda eldən, mahaldan,
Yığa bilməyəndə gözünü yoldan,
Könlün bir qanadlı söz istəyəndə,
Ümid qanadıyla uçum deyəndə
Bir də görəcəksən qanadın yoxdur.
Г‡ağrılır, deyilir, adı var,amma
Dilimdə şipşirin o adın yoxdur,
Bir nağıl, bir sevgi, həyatın yoxdur.
Gün keçib, vaxt ötüb, xatirəm uzaq–¦
Onda biləcəksən mənim sevgimi,
Biləcəksən,
O da çox gec olacaq–¦

Bir yaz gecəsində

Bu gecə göylərdə durna sorağı,
Səma zolaq-zolaq zər içindədir.
Eyvanda bir kisə dibçək torpağı,
Gördüm ki, buğlanır, tər içindədir.

Bildim ki, bu gecə torpaq da yatmaz,
Sığmaz qabığına tumlar bu gecə.
Г‡aylar da pərvazdır, daşlar da pərvaz,
Bəlkə rişələnir qumlar bu gecə.

Hələ qış yuxusu qalıb yadında,
Yaşıl kipriyini hey qırpar əkin.
Binalar altında, yollar altında
Yatan torpaqlar da diksinər yəqin.

İndi ki, nəfəsi isinib yerin,
İndi ki, gecəni göyərdir bu yaz,
Yəqin ki beynimdə hüceyrələrin
Ölümü dayanıb, ləngiyib bir az.
Г‡içəklənmək olar, gül açmaq olar,
Bu yaz gecəsində qocalmaq olmaz.

Qan vurur beyninə, çırpınır tənək,
Yarpız düymələnib yayılır bağa,
O meşə talası döşündə çiçək
Г‡ıxacaq sabahı qarşılamağa.

Min göz var ağacın hər calağında,
Sabah bu gözlər də çiçəklə dolar.
Qoy düşüm, dayanım arx qırağında,
Bu quru eyvanda bitməkmi olar?

Bu yaz gecəsində çöl-bayır oyaq,
Bu gecə baharla könlüm şərikdir.
Bu gecə bir ağac, bir yamac olmaq,
Bu gecə çöl olmaq bəxtəvərlikdir.
Bu gecə göl olmaq bəxtəvərlikdir.
Bu gecə baharla qol-boyun olub
Sabaha yol almaq bəxtəvərlikdir–¦

Bir qış mənzərəsi

Ormanda bax qırova,
Bəyaz budaqlar yuxuda–¦
Ağ duman, büllur hava,
Qalaylı dağlar yuxuda.
Qış özü bəndə salıb,
Г‡ayları saxlar yuxuda.

Hər ağac qu quşudur,
Hər budağı gümüş qanad.
Sarmaşıq kəmərdimi,
Üstü dolu gümüş manat.
O büllur qəndilə bax,
Civələnir saat-saat.
Quzeydə mürgü döyür
O çılçıraqlar yuxuda.

Sərsəri yüngül duman,
Əlcim-əlcim, bəyaz-bəyaz.
Bəlkə də duman deyil,
Nəfəs alır şaxta, ayaz.
Bir güney zər şüanı
Aldı qəfil, güldü bir az,
Sanki əmzikdi əmir
Körpə dodaqlar yuxuda.

Təpələr qalay-qalay
İşıldadır başlarını.
Cığırlar ağ yazıdır,
Gəl oxu yaddaşlarını.
Su gəlib damcı döyüb
Aynaladıb daşlarını,
Qışın şəlalə qızları
Zülfü daraqlar yuxuda.

Yorğun duyğular

Daha nitqim kəsildi,
Daha bağrım partladı.
Bir yaralı aslanın
Dizini şər qatladı.

Bu nə hündür hasardı,
Bu nə soyuq divardı,
Bu nə dərin quyudu,
Qazan fəndgir adamdı.

Vurdum keçə bilmədim
Bu da mənim xatamdı,
Düşmən baxıb qımışdı,
Dostlar baxıb utandı.

Mişarım kəsdi məni,
Kəpəklədi, ələndim.
Rəndəm yaman rəndədi
Axır ki, rəndələndim.
Baltam yaman baltadı
Axır ki, yontalandım.
Ağac-ağac kəsildim,
Meşə-meşə talandım.

Qarət etdi könlümü
Bu canavar sürüsü
Ah, bu talançı zümrə!
Ah, bu yalançı kürsü!

Ətrafım dolu adam,
Yanımda yox bir nəfər.
Mənafe oynunda
İnsanlıqdan yox xəbər.

Nə udum, nə uduzum,
Gəlib gedən qalmadı.
Göydə tale ulduzum,
Yerdə Vətən qalmadı.

Mühacirim, yavaş get,
Mən də gəlib yetişim.
Göz calağı deyiləm
Hər gövdədə bitişim.

Söz adamı Alış yan,
Öz-özünlə barış yan!
Ən böyük dərd budur ki,
Sünbül-sünbül tarladan
Bir dən sənin olmasın.
Adın vətəndaş olsun,
Vətən sənin olmasın…

Bir günah sənindir, bir günah mənim

Bir gözünü mən əydim,bir gözünü sən,
Niyə narazıyıq bu tərəzidən?
Sən çeşmə qurudan,mən ağac kəsən,
Bir günah sənindir, bir günah mənim.

Bu südə su qatıb hərə bir qaşıq,
Arını şəkərə dadandırmışıq.
Bazarın yağı şor, balı qarışıq,
O mətah sənindir, bu mətah mənim.

Söz sözə gələndə sən nəfsi qıran,
Mən dünya malına göz yumub duran.
Amma ayrılıqda daşı da yaran,
Bir tamah sənindir, bir tamah mənim.

Görürük bu silah vurmur hədəfə,
Vurmur,ha atırıq mininci dəfə.
Əlimiz dolaşıb düşüb kələfə,
Bu əl gah sənindir,bu əl gah mənim.

Qoyma yalanımız qalxsın ayağa,
Hay deyirik,haya gəlmirik,qağa.
Sözü güləşdirib əhdi danmağa,
Bir vallah sənindir,bir vallah mənim.

Yamanca ustayıq hər ehtiyatda,
Dostluq şirnisi də dilimiz altda.
Amma yaman günə əlimiz altda,
Bir silah sənindir,bir silah mənim.

Ömür təsəllidi,ümid sabahdı,
İndi öz xeyrinə çoxu agahdı.
Hərə dolanışa bir cür nigahdı,
Bir nigah sənindir,bir nigah mənim.

Orda bulanıq su hopur torpağa,
Burda üzə çıxıb dönür bulağa.
Hələ ki vaxtımız var durulmağa,
Bir sabah sənindir,bir sabah mənim…

Payız duyğuları
Payızın hökmüylə əsdi bir külək,
Bir yaşıl səltənət çovğuna düşdü.
Ağaclar bir yaş da qocaldı demək,
Bir yarpaq nəsli də qırğına düşdü.

Aldı verdiyini geriyə torpaq,
Qazancı nə oldu bağın-bağçanın.
Bir yarpaq boy atdı körpə bir uşaq,
Ömründən bir yarpaq düşdü qocanın.

Palıdlar tab etdi sükuta, yasa,
Gilas yarpaqları qızardı, düşdü.
Hansı bəxtəvərin növcavanınsa
Üzünə bir yarpaq qızartı düşdü.

Г‡ox yarpaq tökümü görüb yerimiz,
Soraq tutmaq olmur cığırdan, izdən.
Torpaq altındakı əzizlərimiz
Yenə də bir yarpaq gen düşdü bizdən.

Bir yarpaq da düşdü Bəzz qalasına,
Divarlar bir yarpaq çökdü aşağı.
İgid Babəklərin, Koroğluların
Bir yarpaq uzaqdan gəldi sorağı.

Yarpaqlar, belədir zamanın hökmü,
Tökülün, əbədi ömrə tamarzı.
Tarixin yüz illik yarpaq tökümü,
Olacaq bir yarpaq yaddaş kağızı.

Payızın ağzından əsdikcə külək,
Bir yaşıl səltənət çovğuna düşdü.
Ağaclar bir yaş da qocaldı demək,
Bir yarpaq nəsli də qırğına düşdü.

Ölürəm bir dəli sevgidən ötrü

Uğursuz yolu da uğurlandıran,
Qranit qayanı cığırlandıran,
Atəşində əhəng daşı yandıran
Ölürəm bir dəli sevgidən ötrü.

Elə içildikcə doyulmaz olan,
Baxıldıqca gözdən qoyulmaz olan,
Sehrli sevdadan ayılmaz olan,
Ölürəm bir dəli sevgidən ötrü.

Lap belə sonuncu nəfəsə qədər,
Son günə, son ana, son sözə qədər
Qəlb-qəlbə, əl-ələ, göz-gözə qədər
Ölürəm bir dəli sevgidən ötrü.

Nə sərhəd, nə bir hədd, nə qanun qanan,
Eldə təndir-təndir qucağı yanan
Sinə daşında da ocağı yanan
Ölürəm bir dəli sevgidən ötrü.

Suda da, odda da yaşaya bilən,
Ən çətin əzabı daşıya bilən.
Vüsalda dirilən, hicranda ölən
Ölürəm bir dəli sevgidən ötrü.

Füzuli demişkən, kuyi-yar vətən,
Əkiz budaq kimi qovuşan bədən.
Qırdıqca göyərən, kəsdikcə bitən
Ölürəm bir dəli sevgidən ötrü.

Şərh Yaz