Şairlə görüş keçirilib

12 may 2017-ci il tarixində İsmayıllı rayon Vəng kənd tam orta məktəbində, məktəbin müəllimi, məktəbin Həmkarlar İttifaqının sədri Kamran Səmədovun təşkilatçılığı ilə, publisist şair, prezident təqaüdçüsü Mövlud Teymur ilə görüş keçirilib. Şairlə görüş keçirilib       . Məktəblilər, müəllim kollektivi və bir neçə valideynin iştirakı ilə baş tutan səmimi ədəbi görüş hələ bir müddət xatirələrdən silinməyəcək. Tədbirdə məktəbin müəllimi Kamran Səmədov şairin həyat və yaradıcılığından, zəngin ədəbi irsindən bəhs edib. Bildirib ki, Mövlud Teymur poeziyasının özünəməxsus keyfiyyətləri vardır. Daha sonra çıxış edən müəllimlər də şairin yaradıcılığında torpağa, elə, Vətənə və təbiətə olan bağlılığından, şairin çoxşaxəli yaradıcılığından geniş söz açıblar.
Daha sonra çıxış edən Ruşan İƏD üzrə səlahiyyətli nümayəndəsi Elşad Səfirxanov belə tədbirlərin keçirilməsini dəstəkləyib və bu kimi görüşlərin keçirilməsinin ənənəyə çevrilməsinin vacibliyini bildirib.
Məktəblilər şairin şeirlərindən ibarət kompozisiya nümayiş etdirib və ən yaxşı şeir ifaçısı olan şagirdlər Məleykə Məmmədova və Şəhla Hüseynova şairin imzalı kitabı və qiymətli hədiyyələr əldə ediblər.
Sonda çıxış edən şair Mövlud Teymur göstərilən diqqətə görə tədbirin təşkilatçılarına dərin minnətdarlığını bildirib.
Məktəb rəhbərliyi təklifi qəbul edib gəldiyi üçün şairə məktəb kollektiv adından təşəkkürünü çatdırılıb.
Rusan Qasımov,
Vəng kənd tam orta məktəbinin müəllimi.

Şərh Yaz