Kitabxanaya ekskursiya

10 may 2017-ci il tarixində İsmayıllı rayon Xənəyə kənd Teymur Xəlilov adına tam orta məktəbin 2-ci sinif şagirdləri İsmayıllı rayon Uşaq kitabxanasına ekskursiya ediblər. Kitabxanaya ekskursiya     Kitabxananın işçiləri uşaqları kitabxana ilə tanış edib, kitabxanada təşkil olunmuş kitab sərgiləri, elektron kitabxana ilə bağlı məlumat verdilər. Uşaqlar kitabxananın bütün şöbələrində oldular,kitabların oxuculara verilməsi işi ilə yaxından tanış olublar. Sonra Nağıl otağında Azərbaycan nağıllarını dinləyiblər, müasir nağıllarımızı müzakirə ediblər. Kitabxana ekskursiyaya gələn hər bir uşağın marağına səbəb olub . Məktəbin müəllim və şagird kollektivinin kitabxanaya ekskursiyası xatirə şəkillərinin çəkilməsi ilə başa çatdı.
M.Mirzəyeva

Şərh Yaz