Yaddas kitabcasi

Yaşıllaşdırma davam edir

Rayonda yaşıllaşdırma kompaniyasının qızğın vaxtıdır.Tez-tez iməciliklərə çıxan idarə, müəssisə, təşkilat işçiləri, məktəblilər bu xeyirxah işdə böyük həvəslə iştirak edirlər. Gözəl təbiətə malik İsmayıllını daha da gözəlləşdirmək istəyən sakinlər ağac əkinində fəallıq göstərirlər. İsmayıllı RİH başçısının Qoşakənd inzibati ərazi dairəsinin nümayəndəliyi də bu kompaniyaya məsuliyyətlə yanaşır və vaxtaşırı iməciliklər təşkil edir.
Bu günlərdə Ağbulaq-Qoşakənd yolu ətrafında ağacəkmə işləri həyata keçirilmişdir. Həmin iməcilikdə yolun kənarında 500- dən artıq müxtəlif növ ağac (göyrüş, qovaq, qarağac və digər növlər) əkilmişdir. Kəndin 300 nəfərinə yaxın adamı bu xeyirxah işdə iştirak etmişdir. Ağaclar əkildikdən sonra suvarılmış, ətraflarına dayaqlar basdırılmışdır.
Ağacları əkməklə iş bitmir, ilboyu onlara qulluq göstərmək də vacibdir. Ən əsası isə quraq keçən aylarda ağacların vaxtaşırı suvarılmasıdır. Əks təqdirdə, həmin bitkilər quruyub məhv olacaq, çəkilən əmək hədər gedəcək. Biz çalışacağıq ki, bu bitkilərə aqrotexniki xidməti yüksək səviyyədə təşkil edək.
Nadir Calalov,
RİH başçısının Qoşakənd İƏD-i üzrə nümayəndəsinin müavini

Şərh Yaz