Onlarla fəxr edirik

Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi mühüm vəzifələrdəndir.Onlarla fəxr edirikHəmin tərbiyə ailədə, uşaq bağçasında başlamalı və məktəbdə daha da inkişaf edib formalaşmalıdır. Məktəbimizdə bu sahəyə xüsusi diqqət yetirilir. Keçirilən müxtəlif tədbirlər buna misal ola bilər. Ümumilikdə götürüldükdə, hər kəs öz sahəsində vətənpərvər olmalıdır. Məktəbli isə yaxşı və əla qiymətlərlə oxuyaraq öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Biz məktəblilərin bu sahədə nümunə götürə biləcəyimiz ədəbi və həyatda olan qəhrəmanlarımız çoxdur. Vətənpərvərlik təkcə torpaq uğrunda şəhid olmaq deyil, istənilən sahədə vicdanla çalışan adam vətənpərvərdir. Bu gün məhz belə nümunələrin timsalında tərbiyələnirik.
Məktəbimizdə bu sahəyə xüsusi əhəmiyyət verilir. Keçirilən müxtəlif tədbirlər, hərbi idman oyunları, müsabiqələr və digər işlər dediyimə yaxşı nümunədir. Müxtəlif fənn müəllimlərinin tədbirlərindən əlavə, məktəbin çağırışaqədərki hazırlıq üzrə fənn müəllimi Əsgər Manafovun bu sahədəki işi təqdirə layiqdir. Məktəbimizin hərbi idman oyunlarında rayon və respublika səviyyəsində qazandığı uğurlar dediklərimizə yaxşı sübutdur. Bu yaxınlarda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Г‡ağırış üzrə Dövlət Xidmətinin təşkil etdiyi “Vətənin müdafiəsinə hazıram” adlı rəsm müsabiqəsi keçirilmişdir. Həmin müsabiqəyə mən də qatılmışdım. Bu müsabiqədə əl işlərim yüksək qiymətləndirilmişdir. Mən diplomla təltif olundum. Bu, həm mənim, həm də məktəbimizin uğurudur. Onu da qeyd etmək istəyirəm ki, hərbi vətənpərvərlik tərbiyəsinin yüksək olması sayəsində məktəbimizin bir çox məzunu ali hərbi məktəblərdə təhsil alaraq zabit kimi Vətənə xidmət edir. Biz belə məzunlarımızla fəxr edirik.
Hənnan Rəhimli,
şəhər 6 nömrəli tam orta məktəbinin X a sinif şagirdi

Şərh Yaz