Yaddas kitabcasi

Birgə fəaliyyət yüksək nəticələr verir

Г‡ox yerlərdən fərqli olaraq rayon icra hakimiyyətinin ardıcıl dəstəyi və təşkilatçılığı ilə İsmayıllı Olimpiya İdman Kompleksinin fəaliyyəti yüksək nəticələr verir. Bu uğurlara bir səbəb də odur ki, biz bütün tədbirləri rayon gənclər və idman idarəsi ilə birgə keçiririk. Dövlət gənclər və idman siyasətinin həyata keçirilməsində qüvvələrimiz bir araya gətirilir və bir istiqamətə yönəldilir. Nəzərə alırıq ki, hələlik kompleksdən savayı şəhər ərazisində elə bir idman qurğusu və meydançası yoxdur. Buna görə də rayon gənclər və idman idarəsinin bu xarakterli tədbirlərinə bir qayda olaraq ev sahibliyi edirik. Gənclər və yeniyetmələr arasında keçirilən Respublika olimpiadaları, spartakiadalar, turnirlər, təlim-məşq toplantıları üçün məkan Olimpiya İdman Kompleksimiz seçilir. Elə bir Respublika tədbiri olmur ki, bilavasitə rayon icra hakimiyyətinin başçısı Mirdaməd müəllim onun təşkilatçılığını etməsin, bütün strukturları yarışların mütəşəkkil keçməsinə səfərbər etməsin.
Birgə fəaliyyət yüksək nəticələr verirГ‡ox yerlərdən fərqli olaraq rayon icra hakimiyyətinin ardıcıl dəstəyi və təşkilatçılığı ilə İsmayıllı Olimpiya İdman Kompleksinin fəaliyyəti yüksək nəticələr verir. Bu uğurlara bir səbəb də odur ki, biz bütün tədbirləri rayon gənclər və idman idarəsi ilə birgə keçiririk. Dövlət gənclər və idman siyasətinin həyata keçirilməsində qüvvələrimiz bir araya gətirilir və bir istiqamətə yönəldilir. Nəzərə alırıq ki, hələlik kompleksdən savayı şəhər ərazisində elə bir idman qurğusu və meydançası yoxdur. Buna görə də rayon gənclər və idman idarəsinin bu xarakterli tədbirlərinə bir qayda olaraq ev sahibliyi edirik. Gənclər və yeniyetmələr arasında keçirilən Respublika olimpiadaları, spartakiadalar, turnirlər, təlim-məşq toplantıları üçün məkan Olimpiya İdman Kompleksimiz seçilir. Elə bir Respublika tədbiri olmur ki, bilavasitə rayon icra hakimiyyətinin başçısı Mirdaməd müəllim onun təşkilatçılığını etməsin, bütün strukturları yarışların mütəşəkkil keçməsinə səfərbər etməsin.
Bədii gimnastika üzrə birinci Respublika çempionu, 500 nəfərdən çox yeniyetmə və gəncin iştirakı ilə keçirilən şahmat olimpiadası, çoxsaylı digər turnirlər və yarışlar buna çox aydın misaldır.
Olimpiya idman kompleksi ilə rayon gənclər idman idarəsinin idmanın inkişafı, idmançıların təltif olunması, mükafatlandırılması ilə bağlı verdiyi təkliflər rayon icra hakimiyyətinin rəhbərliyi tərəfindən həmişə qəbul olunur. Nəticələr də gənc idmançıların fəallığına, ümumilikdə rayonun gənclik həyatının canlanmasına səbəb olur.

Birgə fəaliyyət yüksək nəticələr verir

Bu gün İsmayıllı gənclərinin qüvvəsi idmanın inkişafına, Olimpiya hərəkatının gücləndirilməsinə , dövlət gənclər siyasətinin yüksək səviyyədə həyata keçirilməsinə, rayonun sosial-iqtisadi inkişafında fəal iştiraka, hərbi vətənpərvərlik tərbiyəsinin daha da yaxşılaşdırılmasına, layiqli vətəndaş kimi formalaşmağa yönəldilib.
Gənclərin asudə vaxtının təşkili üçün gənclər və idman təşkilatları ilə birgə rayon təhsil şöbəsinin, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin, Rayon mədəniyyət və turizm şöbəsinin, Peşə Tədris Mərkəzinin keçirdikləri tədbirlər yüksək nəticələr verir.
Bütün bunların nəticəsi olaraq fərəhlə bildirirəm ki, İsmayıllı 2015-ci il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçilmişdir. Bu, iki il müddətində İsmayıllıda yaranan saf, sabit mənəvi mühitin, genişmiqyaslı tikinti, abadlıq, quruculuq işlərinin, dövlət gənclər və idman siyasətinin bütün istiqamətlərdə yüksək səviyyədə həyata keçirilməsinin nəticəsidir.
Bu münasibətlə rayon icra hakimiyyətinin başçısı hörmətli Mirdaməd Sadıqovu, rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehovu, rayonun gənclərini, idmançılarını və bütün əhalisini ürəkdən təbrik edirəm.
Getdiyimiz yol bizi yeni-yeni qələbələrə aparacaqdır.
Tofiq Hümbətov
İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru

Şərh Yaz