Yeniyetmə və gənclərin inkişafında mütaliənin rolu

2 fevral 2015-ci il tarixdə İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən “Yeniyetmə və gənclərin inkişafında mütaliənin rolu” mövzusunda mühazirə təşkil edilib.
Tədbirdə müəllimlər, kitabxana işçiləri, gənclər və məktəblilər iştirak ediblər.
Yeniyetmə və gənclərin inkişafında mütaliənin roluYeniyetmə və gənclərin inkişafında mütaliənin rolu

2 fevral 2015-ci il tarixdə İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən “Yeniyetmə və gənclərin inkişafında mütaliənin rolu” mövzusunda mühazirə təşkil edilib.
Tədbirdə müəllimlər, kitabxana işçiləri, gənclər və məktəblilər iştirak ediblər.
İsmayıllı Rayon İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbənin baş məsləhətçisi Murad Məhərrəmov ölkədə uğurla həyata keçirilən gənclər siyasətindən danışıb, Bilik Fondunun əhalinin maarifləndirilməsində rolunu yüksək qiymətləndirib.
Bilik Fondunun İsmayıllı rayonu üzrə nümayəndəsi Elçin Məmmədov Fondun regionlarda həyata keçirdiyi layihələrin uğurundan danışıb, ölkə rəhbərliyinin bölgələrə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Fondun İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova əvvəlcə bütün iştirakçıları İsmayıllının 2015-ci ilin “Gənclər paytaxtı” seçilməsi münasibəti ilə təbrik edib. O, ümummilli lider Heydər Əliyevin “Hər bir xalqın ucalığını onun bilik səviyyəsi müəyyən edir” şüarını əsas götürərək fəaliyyət göstərən Bilik Fondunun maarifçilik istiqamətində gördüyü işlərdən danışıb, yerli ziyalıları və gəncləri Bilik Fondunun könüllüləri birliyinə üzv olmağa çağırıb.
Sonra filologiya üzrə fəlsəfə doktoru Nüşabə Hüseynovanın mühazirəsi dinlənilib. Mütaliənin yeniyetmə və gənclərin dünyagörüşünün formalaşmasında, savad və biliklərinin inkişafında faydasından bəhs edən N.Hüseynova iştirakçılara maraqlı slaydlar təqdim edib. Dünya ölkələri üzrə ən çox kitab oxuyanların statistikasına dair müxtəlif məlumatlar çatdıran mühazirəçi onu da vurğulayıb ki, mütaliəyə meyl körpə yaşlarından valideynlərin köməyi ilə formalaşdırılmalıdır. Mühazirəçi gəncləri maraqlandıran sualları cavablandırıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz