Layihə uğurla həyata keçirilir

Ucqar kəndlərdə yaşayan müəllimlər müasir texnologiyalardan istifadədə çətinlik çəkirlər. Onların bacarıqlarının, İKT biliklərinin artırılmasına ehtiyac vardır. Fevral ayının 6-da Heydər Əliyev Mərkəzində “Ucqar kənd müəllimlərinin sosial servislərdən tədris prosesində aktivliyinin artırılması” layihəsinin təqdimatı olmuşdu.
Layihə uğurla həyata keçirilirLayihə uğurla həyata keçirilir

Ucqar kəndlərdə yaşayan müəllimlər müasir texnologiyalardan istifadədə çətinlik çəkirlər. Onların bacarıqlarının, İKT biliklərinin artırılmasına ehtiyac vardır. Fevral ayının 6-da Heydər Əliyev Mərkəzində “Ucqar kənd müəllimlərinin sosial servislərdən tədris prosesində aktivliyinin artırılması” layihəsinin təqdimatı olmuşdu.
Layihə uğurla həyata keçirilir
Layihənin rəhbəri Surə Mehdiyeva bildirmişdi ki, layihə çərçivəsində dəyirmi masalar təşkil ediləcək, kitabçalar hazırlanacaq, praktiki görüş və seminarlar keçiriləcək. Ən yaxşı bloq və internet resurs müsabiqəsinin qaliblərinə diplom və hədiyyələr veriləcək. 6 ay ərzində ucqar kənd müəllimlərinə təlimlər keçiriləcək. Bunun nəticəsində 300 müəllim müasir texnologiyalardan səmərəli istifadə edərək layihələrdə iştirak üçün imkan qazanacaq.
Layihədə nəzərdə tutulan proseslərin icrasına artıq başlanılıb. Şəhər 1 nömrəli tam orta məktəbin müəllimi S.Mehdiyeva Sumağallı, Buynuz, Topçu kəndlərində təlimləri uğurla həyata keçirib. Təlimlərdə şəhər 1 nömrəli tam orta məktəbin direktoru Şəfaqət Rəsulov və həmin məktəbin müəllimi Bahar Abdullayeva iştirak edib. Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri Ramil Süleymanov virtual bağlantı ilə təlimlərə qoşulub, müəllimlərə tövsiyələrini verib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz