Orta məktəbdə bayram tədbiri

Qadınlar dünyanın şöhrət tacıdır,
Qadınlar dünyanın vüqar zirvəsi.
Həyatın ən böyük ehtiyacıdır,
Qadın məhəbbəti, qadın nəfəsi.
Orta məktəbdə bayram tədbiri

Qadınlar dünyanın şöhrət tacıdır,
Qadınlar dünyanın vüqar zirvəsi.
Həyatın ən böyük ehtiyacıdır,
Qadın məhəbbəti, qadın nəfəsi.

Orta məktəbdə bayram tədbiri
Mart ayının 7-də E.Məmmədov adına şəhər 3 nömrəli tam orta məktəbinin akt zalında 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirildi. Tədbirdə iştirak edən VI-IX sinif şagirdləri şeirlər söylədi, mahnılar ifa etdilər, maraqlı səhnəciklər göstərdilər. Onların keçirdikləri viktorina isə daha çox marağa səbəb oldu, tədbirə rəngarənglik qatdı. Suallara doğru cavab verənlər mükafatlandırıldı.
Orta məktəbdə bayram tədbiri
Məktəbin direktoru Əhmədağa Ələkbərov tədbirin təşkilatçılığına görə məktəbin müəllimləri – Aidə Abbasovaya, Əminə Ağayevaya təşəkkür etdi. Bütün qadınları bayram münasibəti ilə təbrik edərək, onlara uzun ömür, can sağlığı arzuladı.
Toğrul Qasımov,
məktəbin IX a sinif şagirdi

Şərh Yaz