Yaddas kitabcasi

Sevincimin səbəbi

Rayonumuzun gündəlik inkişafına səhifələrində kifayət qədər yer ayıran “İsmayıllı xəbərləri” qəzetinin hər nömrəsini maraqla izləyirəm. Arzulanan sevinc hissinin qıtlaşdığı bir vaxtda rayonumuzda baş verən yeniliklər məni çox sevindirir. Önəmli, sevindirici olan insanlarda vətənpərvərlik hissinin oyanmasıdır. Sevinirəm ki, həmyerlilərimin vətənpərvərlik hissi yetişməyə başlamışdır. İnsanlar şəxsi problemləri çərçivəsindən çıxıb rayonumuzun inkişafına köməklik etmək istəyindədirlər. Diqqətimi çəkən cavan kadrlarımızın içərisində işləyənlərin olmasıdır. Yaşıdlarının bir qisminin şəhərə, xarici ölkələrə üz tutduğu vaxtda yurdsevər gənclərimiz rayonumuzun müasirləşməsi üçün çalışırlar. İkinciləri müasirliyə deyil, müasirləşdirməyə can atırlar. Bu da bir il əvvəl İcra Hakimiyyəti başçısı təyin olunmuş Mirdaməd Sadıqovun rayona gətirdiyi yeni mühit, yeni düşüncə tərzindən irəli gəlir.

Sevincimin səbəbiSevincimin səbəbi

Belə gənclərimizə mənəvi dəstək vermək lazımdır. Əslində, belə düşünmək və fəaliyyət göstərmək hər kəsin borcudur. Ədəbi nümunələrdə, real həyatda vətəni, soydaşları üçün can yandıranlar vətənpərvərlik hissi yüksək olanlar kimi qəbul olunurlar. Bu fikrin isbata ehtiyacı yoxdur. Çünki çox dərin, həm də ciddi mövzudur. Bu məqaləni yazmaqda isə el dili ilə desək, “sözümün canı” başqadır.
Qəzetin nömrələrindən birində rayonumuzda Psixologiya Mərkəzinin yaradılması haqqında oxudum. Bu layihənin yaradıcılarına gözlədikləri nəticələri əldə edə biləcəkləri günü arzulayıram. Layihənin həyata keçməsində təşəbbüskarlara öz minnətdarlığını bildirirəm. Yaxşı bilirəm ki, fikir, ideya nəticə deyil. Hazırda qazanılan İsmayıllı gənclərinin doğma diyar üçün düşünməsidir.
Psixoloji xidmət günün tələbidir. İnsanların bu xidmətə ehtiyacı var.
Üzdən hamı təmkinli və sakit görünür. Əslində, hərənin daxilində dibsiz, sahilsiz bir dəryada fırtınalar qopmaqdadır. Bu fırtına bir sahildən digərinə deyil, mərkəzdən sahilə üz tutur. Sözsüz ki, bu mərkəzi istənilən vaxt sakitləşdirmək çox çətindir. Çünki çox vaxt onu sakitləşdirə biləcək qüvvə sənin ixtiyarın daxilində olmur.
İnsan qəlbindəki bu qəfil fırtınaların səbəbi bəzən imkansızlıq, bəzən xəstəlik bəzən isə yaradıcılıqdır. Ailə tərbiyəsindən kənarda qalmaq, ipə-sapa yatmamaq, nankor övlad statusu almaq, həyatda layiqli yer tuta bilməmək də qarışıq düşüncələrə meydan açır. Əslində, insan nə etdiyini qabaqcadan bilməli, başladığı yolun harada, necə, nə vaxt başa çatacağının fərqində olmalıdır…
Deyəsən, çox dərinə getdim, bəlkə də, “sarı sim”ə toxundum. Yeri gəlmişkən deyim ki, “sarı sim”ə toxunmaq yaxşı haldır. Onda insanlar təbii olurlar.
Bir kiçik məqalədə bu mövzu ilə bağlı hər şeyi danışmaq mümkün deyil. Çünki, iki, eyni cür sevinən və ya kədərlənən insan yoxdur. Hər kəsdə bütün xüsusiyyətlərin özünəməxsusluğu vardır.
Əksər insanlar təmkin, səbir, iradə, zaman, ümid sözlərinin həqiqi dəyərini anlayır, onlara arxalanaraq ağlın hissə qalib gəlməsi ilə bu fırtınanı sakitləşdirir. Belələrinin psixoloji yardıma ehtiyacı yoxdur. Onlardan öyrənmək lazımdır.
Fərdlər də var ki, problemlər qarşısında aciz qalır. Belədə, növbəti problemlər ümumiləşərək depressiya kimi dəyərləndirilir. Vəziyyət bu həddə çatdıqda insanların qolundan tutan, yardım göstərə biləcək ən önəmli sahə psixologiya, ən düzgün münasibət psixoloji yardımdır. İsmayıllı rayonunda belə bir mərkəzin açılması və fəaliyyət göstərməsi bir mütəxəssis kimi məni çox sevindirir. Mərkəzin rayon sakinlərinə gözlənilən yardımı edə biləcəklərinə də ümidvaram.
Rayondakı inkişafdan başladım. Sonda, bu inkişafda iştirakçı, ona dəstək olanlara uğur diləyirəm.
Xatirə Ağayeva,
həkim-terapevt

Şərh Yaz