Dənizdə damla olsan da…


Bəli! Həyat çox coşqun bir dənizə bənzəyir. Bəzən sakit, səssiz, bəzən də qasırğalı, tufanlı…
Amma düşünəndə ki, bu ümmanları, bu dəryaları təşkil edən çox kiçik zərrələrdir, insanı təəccüb, maraq bürüyür.
Həyat da ayrı-ayrı şəxslərin, fərqli-fərqli insanların varlıq və fəaliyyətinin nəticəsində mövcuddur.

Dənizdə damla olsan da…

Bəli! Həyat çox coşqun bir dənizə bənzəyir. Bəzən sakit, səssiz, bəzən də qasırğalı, tufanlı…
Amma düşünəndə ki, bu ümmanları, bu dəryaları təşkil edən çox kiçik zərrələrdir, insanı təəccüb, maraq bürüyür.
Həyat da ayrı-ayrı şəxslərin, fərqli-fərqli insanların varlıq və fəaliyyətinin nəticəsində mövcuddur.
Səni əhatə edən, çevrəndəki insanların sayı get-gedə artdıqca həyata baxışların, insanlara münasibətin də cilalanır, formalaşır…
2010-cu ilin payızında “Öyrədənlərin öyrədəni” kursunda idim.
Bizə elan etdilər ki, “Dayaq məntəqələri”nin təşkili, mexanizmi barəsində mühazirəni İsmayıllıdan gəlmiş müəllimə oxuyacaqdır.
Fikirləşdim ki, görəsən, kimdir, necə müəllim, necə şəxsiyyətdir ki, İsmayıllıdan Bakıya dəvət olunur?..
İlk görüşdən sadə, təvazökar, mehriban, səmimi bir insan olduğunu duydum. Ünsiyyətdən sonra hisslərimdə yanılmadığımı anladım.
Səmimiyyəti məni ona yaxınlaşmağa təhrik etdi, gözəl münasibətimiz alındı və hazırda dostuq…
Bu kiçik açıqlamadan məqsədimi yəqin ki, anladınız.
Mən işimi, sənətimi sevən insanam, belə insanlara da hər zaman hörmətim var.
Arifə xanım da belələrindəndir, örnək olası insandır. Belə insanları təbliğ etmək borcumuzdur.
Arifə xanım həyatda məqsədinə doğru addımlamaqda bütün maneələri dəf etməyi bacaran, çətinlikləri göz altına alıb, onlara sinə gərən bir qadındır. İnsanlar içərisində yaxşı mənada seçilməyi bacarır. Onun həyat və fəaliyyəti barədə məlumatlı olsam da, bu haqda yazmaq fikrində deyiləm. İstərdim ki, hər birimiz öz işimizə belə ürəklə yanaşaq, fəaliyyətimizi cəmiyyətimizə fayda verəcək şəkildə quraq. Onda hər bir iş mənalı, gözəl alınar…
Arifə xanım, sizə həyatda uğurlar arzulayıram. Sizi uğurların zirvələrində görmək ümidi ilə…
Mənsurə İsmayılova,
Sabirabad rayonu, müəllim

Şərh Yaz