Kitab, yoxsa status?

Kitab, yoxsa status?
Kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən-nəsillərə yetirən fikir gəmisidir.
Məşhur ingilis filosofu F.Bekonun sözlərindəki dərin mənanı duymamaq mümkünsüzdür. Bu gün tariximizi məhz kitablar vasitəsilə öyrənir və gələcək nəsillərə ötürürük. Kitab həm də informasiya, bilik mənbəyidir. Kitab ruhu qidalandırır, insanı ucaldır. Eyni zamanda insanları mədəniləşdirir. Amma…
Kitab, yoxsa status?

Kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən-nəsillərə yetirən fikir gəmisidir.
Məşhur ingilis filosofu F.Bekonun sözlərindəki dərin mənanı duymamaq mümkünsüzdür. Bu gün tariximizi məhz kitablar vasitəsilə öyrənir və gələcək nəsillərə ötürürük. Kitab həm də informasiya, bilik mənbəyidir. Kitab ruhu qidalandırır, insanı ucaldır. Eyni zamanda insanları mədəniləşdirir. Amma…

Kitab, yoxsa status?
Amma günümüzdə vəziyyət acınacaqlıdır. Niyə? Maraqlısı da məhz budur. Niyə? Bir zamanlar insanların kitaba hədsiz maraq göstərdiyini böyüklərin danışıqlarından eşitmişəm. İndiki dövrdə isə kitaba maraq azalıb. Təbii ki, məktəblilər və tələbələr dərs kitablarını oxuyurlar. Mövzumda söhbət bədii kitablardan gedir. Gənc nəslin nümayəndələrindən soruşsan ki, sonuncu dəfə hansı bədii kitabı oxumusan? Əksəriyyət: — Mənə kitab lazımdı? Kitab mənə pul vermir və sair və ilaxır kimi cavablar eşidəcəksən.
Kitab nəsillərdən-nəsillərə ötürülən yaddaşdır. Bəs görəsən, mövzum olan kitab nə zaman yaranıb? İnsanlar yazı və əlifbanı kəşf etdikdən sonra, fikirlərini ifadə etmək üçün cümlələri müxtəlif vasitələr üzərində həkk ediblər. Beləliklə, insanların ilk kitabları daş, gil lövhələr, metal, ağac, sümük, bitki və heyvan dərisi üzərində yazılmaqla yaranıb. Bunlardan ən uzunmüddətlisi və geniş yayılanı isə gil lövhələrdir ki, onların ən qədiminin 5 min ilədək yaşı olduğu bildirilir.
Bəzi alimlər hazırda istifadə etdiyimiz kitabın çap versiyasının VII əsrin əvvəllərində Koreyada yarandığını deyirlər. Avropada isə kitab çapının tarixi çox sonralara təsadüf edir. Belə ki, Qərbdə kitab çapının əsasını 1440-cı ildə alman ixtiraçısı Yohan Qutenberq qoymuşdur. Onun mətbəəsində «Tövrat», «Türk təqvimi», E.Donatın “Latın qrammatikası” və s. kitablar nəşr edilmişdir.
Bilik xəzinəsi olan kitaba tələbat, dövrümüzün ayrılmaz atributlarından birinə çevrilmiş internetin yaranması ilə xeyli azalıb.
İnternet yayılıb inkişaf etdikcə kitabxanalar oxucu sayını, kitablarsa onlara olan tələbatı itirməyə başlayıb. İnsanlar artıq məlumatı kitablardan deyil internetdən almağa çalışırlar. Deyirlər, lazım olan məlumatı “google”dən oxuyacam da. Bu yaxşıdır. Məlumat almaq üçün internetdən istifadə edirsə əla. Amma əksəriyyət internetə əyləncə, gününü keçirmək məqsədilə daxil olur. Gənclərimizin əlində kitab görmək get-gedə möcüzəyə çevrilir. Küçə ilə gedirsən baxırsan ki, hərə əlində bir telefon “facebook”, “odnoklasniki” kimi sosial şəbəkələrdə kiminləsə yazışır. Hətta, yemək zamanı belə telefon əllərindən düşmür. Məqsədləri də loru dillə desək, vaxt öldürməkdir. Sosial şəbəkələrə sərf olunan vaxt isə, insanları canlı ünsiyyətdən uzaqlaşdırır, onlarda asılılıq yaradır. Müasir dövrdə gənclərimiz kitab oxumaqdansa, status oxumağa daha çox meyil göstərirlər.
Əziz gənclər, əgər əlinizə kitab götürmək istəmirsizsə, çarəsi var. Elektron kitablardan yararlana bilərsiz. Yetər ki, vaxtınızı hədər yerə itirməyəsiniz.
Çinarə

Şərh Yaz