İctimai birliyin filialı

“Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyinin İsmayıllı rayonu üzrə 3 nömrəli filialı fəaliyyətə başlamışdır.
Təhsil Nazirliyinin təşəbbüsü ilə Respublikamızın ayrı-ayrı rayonlarında icma, valideynlər arasında sorğular keçirilmiş və belə müəyyən olunmuşdur ki, ailə və məktəb arasında əlaqələr get-gedə zəifləyir. Valideynin məktəbə gəlməsi çox ciddi ehtiyaca çevrilir. Ona görə də belə qərara alınmışdır ki, ailə ilə məktəbin münasibətləri yaxınlaşmalıdır. Valideyn təlim-tərbiyə prosesində iştirak etməli, öz uşaqlarının inkişafını istəyirsə, məktəbə gəlməlidir.

Məhz bu səbəbdən valideynləri təhsil prosesinin şəffaf idarə olunmasında fəal iştiraka cəlb etmək, ailə-məktəb, valideyn-müəllim əməkdaşlığının genişləndirilməsi sayəsində təhsilin keyfiyyətinin artırılmasına nail olmaq, təhsildə ictimai nəzarəti həyata keçirmək məqsədi ilə 2003-cü ildə “Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyi yaradılmışdır. Elə, vaxtilə Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyası yaradılanda assosiasiyanın rəhbəri Təranə Şərifova da iddia edirdi ki, onun rəhbərlik etdiyi qurum orta məktəblərdə mövcud olan problemlərin bir çoxunun həllimə yardımçı olacaq.
Artıq ölkədə 4500 məktəbdən bu gün hələlik 1400-ə qədərində, o cümlədən rayonumuzun 12 məktəbində Milli Valideyn-Müəllim Assosiasiyası yaradılmışdır. “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyinin İsmayıllı şəhəri E.Məmmədov adına 3 nömrəli tam orta məktəbin müəllim və valideynləri arasında sıx əməkdaşlıq yaratmaq və inkişaf etdirməklə şagirdlərin təhsilə marağının artırılmasına, pedaqoji işin yaxşılaşdırılmasına yönələn tədbirləri həyata keçirməklə QHT olan Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyinin struktur bölməsidir. Bu könüllü olan valideyn təşəbbüsü ilə yaranan proses olduğu üçün filial valideynlərin təşəbbüskarlığı əsasında yaradılmışdır. Filialın maliyyə vəsaitləri üzvlük haqlarından, ianələrdən, qrantlardan, QHT-lərin, idarə və müəssisələrin, donorların, fondların və vətəndaşların könüllü verdiyi vəsaitlər hesabına yaranır. Filialın qərargahı İsmayıllı şəhəri, N.Behdiyev küçəsi 19 ünvanda yerləşir.
Filial 10 saylı Ərzi Vergilər İdarəsində İctimai birlik kimi qeydiyyatdan keçmiş və Azərbaycan Beynəlxalq Bankının İsmayıllı şöbəsində cari hesab açmışdır.
Filial bütün valideynləri valideyn-müəllim əlaqəsini gücləndirməyə, öz övladlarının tərbiyəsində yaxından iştirak etməyə, məktəbdə normal təlim mühitinin yaradılmasında məktəbə yardımçı olmağa və bir sıra problemlərin həllində yaxından iştirak etməyə səsləyir.
Ramiz Səfərov,
“Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyinin İsmayıllı rayonu üzrə 3 nömrəli filialının rəyasət heyətinin sədri

Şərh Yaz