Yaddas kitabcasi

Ekskursiyalar təşkil edilir

Ekskursiyalar təşkil edilir
ATİAHİ Rayon Komitəsi təhsil işçilərinin yay istirahətini səmərəli keçirmək üçün müvafiq tədbirlər təşkil edir. RİH-nin başçısı Mirdaməd Sadıqovun təhsil işçilərinə yaxından qayğısı və köməkliyi nəticəsində 20 nəfərdən çox təhsil işçisinə müxtəlif xəstəliklərlə əlaqədar ATİAHİ Respublika Komitəsindən respublikada fəaliyyət göstərən müalicə sanatoriyalarına göndərişlər verilmişdir. Maddi durumu zəif, xəstə və əlil olan bir çox təhsil işçilərinə göndərişlər pulsuz verilmiş və bu proses işləməyən təhsil işçiləri üçün payız və qış aylarında da davam etdirilməsi qərarlaşdırılmışdır.Ekskursiyalar təşkil edilir
ATİAHİ Rayon Komitəsi təhsil işçilərinin yay istirahətini səmərəli keçirmək üçün müvafiq tədbirlər təşkil edir. RİH-nin başçısı Mirdaməd Sadıqovun təhsil işçilərinə yaxından qayğısı və köməkliyi nəticəsində 20 nəfərdən çox təhsil işçisinə müxtəlif xəstəliklərlə əlaqədar ATİAHİ Respublika Komitəsindən respublikada fəaliyyət göstərən müalicə sanatoriyalarına göndərişlər verilmişdir. Maddi durumu zəif, xəstə və əlil olan bir çox təhsil işçilərinə göndərişlər pulsuz verilmiş və bu proses işləməyən təhsil işçiləri üçün payız və qış aylarında da davam etdirilməsi qərarlaşdırılmışdır.

Ekskursiyalar təşkil edilir

Bundan əlavə, 10 nəfərdən çox təhsil işçisinə Nabranda istifadəyə verilmiş “Təhsil” istirahət mərkəzinə göndərişlər verilmiş və avqust ayında da arzu və sifarişdən asılı olaraq, onların səmərəli istirahətinin təşkil olunması nəzərdə tutulmuşdur.
30 nəfərlik bir qrup təhsil işçisi rayon komitəsinin vəsaiti hesabına Şəki və Oğuz rayonlarına ekskursiyaya getmiş, Xan sarayı, Karvansara, Tarix-Diyarşünaslıq Muzeyində olmuş, hər iki rayonun gözəl təbiəti ilə tanış olmuş, mənalı istirahət etmişdi. Yay məzuniyyəti dövründə tanış olmayan təhsil işçiləri üçün rayonumuzun tarixi yerlərinə, Cavanşir qalası, Qız qalası, Lahıc və Basqal qəsəbələrinə ekskursiyaların təşkil edilməsi planlaşdırılmışdır.
H.Kərimov
ATİAHİ RK-nin sədri

Şərh Yaz