Əli Abbasov İsmayıllı rayonunda vətəndaşları qəbul edib

Əli Abbasov İsmayıllı rayonunda vətəndaşları qəbul edib
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov iyulun 23-də İsmayıllı rayonunda vətəndaşları qəbul edib. Əli Abbasov İsmayıllı rayonunda vətəndaşları qəbul edib

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov iyulun 23-də İsmayıllı rayonunda vətəndaşları qəbul edib.
Əli Abbasov İsmayıllı rayonunda vətəndaşları qəbul edib
Göyçay və Şamaxı ilə birbaşa bağlantı yaradılıb. İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, attetat və qəbul imtahanlarında ən yüksək nəticəni göstərən 14 şagird ilə birlikdə qəbulda iştirak edib. R.Orucov həmin şagirdləri nazirə təqdim edib. Şagirdlər dövlətin təhsilə qayğısını xüsusi ilə qeyd edib, dövlət siyasətini uğurla həyata keçirən vəzifə sahiblərinə minnətdarlıqlarını bildiriblər. Nazir şagirdlərə prezidentin təbrikini çatdırıb. Onlara ölkə rəhbərliyi adından noutbuklar təqdim edilib. Rayon Təhsil Şöbəsinin müdiri İsmayıllıda kompyuter istehsalı müəssisəsinin yaradılmasını arzu etdiyini bildirib.
Əli Abbasov İsmayıllı rayonunda vətəndaşları qəbul edib
Lahıc qəsəbə sakini Hüseynağa Kamilzadə Lahıcın tarixi yer olması ilə əlaqədar turistlərin bura xüsusi maraq göstərməsini diqqətə çatdıraraq bildirib ki, qəsəbədə internet şəbəkəsi zəifdir.
Nazir qəbul zamanı İsmayıllı ilə yanaşı Göyçay, Ağsu, Şamaxıdan gələn 20-yə yaxın vətəndaşı dinləyərək, onların şikayət və təklifləri ilə tanış olub. Müraciətlər əsasən internet xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, işədüzəlmə, poçt şöbələrinin fəaliyyətinin daha da genişləndirilməsi məsələləri ilə bağlı olub.
Əli Abbasov İsmayıllı rayonunda vətəndaşları qəbul edib
Nazir görüşdə vətəndaşların səsləndirdiyi müraciət və şikayətlərlə əlaqədar aidiyyatı qurumların rəhbərlərinə göstəriş və tapşırıqlar verib. Qəbul zamanı vətəndaşları narahat edən bir sıra məsələlər yerində həllini tapıb, aidiyyatı üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Görüşdən sonra nazir Əli Abbasov jurnalistlərə bildirib ki, indi ucqar kəndlərdə də əhalinin internet xidmətlərindən yararlanmaq istəməsi sevindirici haldır. Ə.Abbasov vətəndaşların nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlər ilə bağlı müraciətlərinin də qeydiyyata alınaraq müvafiq qurumlara göndəriləcəyini diqqətə çatdırıb.
Çinarə Bəhərçinli

Şərh Yaz