Yaddas kitabcasi

Vətən, millət sevgisi

İsmayıllı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə iyun ayının 12-də, Gənclər Mərkəzinin iclas zalının səhnəsində Aydın Murovdağlının “Alın yazısı” adlı poeması əsasında Gəncə Dövlət Dram Teatrının hazırladığı ədəbi-bədii kompozisiya, rayon ictimaiyyətinin nümayəndələrinə təqdim olunmuşdur.
Vətən, millət sevgisiVətən, millət sevgisi
İsmayıllı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə iyun ayının 12-də, Gənclər Mərkəzinin iclas zalının səhnəsində Aydın Murovdağlının “Alın yazısı” adlı poeması əsasında Gəncə Dövlət Dram Teatrının hazırladığı ədəbi-bədii kompozisiya, rayon ictimaiyyətinin nümayəndələrinə təqdim olunmuşdur. Aktyorların çıxışından öncə şəhər 3 nömrəli tam orta məktəbin tarix müəllimi Famil Əhmədzadə Qurtuluş Günü ilə bağlı tarixi məqamlara toxundu.
Vətən, millət sevgisi
Kompozisiyanın nümayiş etdirilməsində teatrın yüksək peşəkarlığı ilə seçilən aktyorları iştirak etmişlər. Mövzu olaraq vətən, millət sevgisinin təbliği əsas götürülmüşdür.
Milli Qurtuluş gününə həsr edilmiş “Alın yazısı” ədəbi-bədii kompozisiyası böyük maraqla qarşılandı, hər zaman vətənpərvərlikləri ilə seçilən İsmayıllı sakinlərinə zövqlü anlar yaşatdı.
Bunun qarşılığı olaraq tamaşaçılar aktyorları alqışlar və gül-çiçək dəstələri ilə mükafatlandırdılar.
Sonda RİH başçısı Mirdaməd Sadıqov Gəncə Dövlət Dram Teatrının kollektivinə özünün və İsmayıllı sakinlərinin minnətdarlığını bildirmişdir.
Çinarə Bəhərçinli

Şərh Yaz