Sosial qayğı artır


Gündəlik həyatımızda hər an birbaşa olaraq bizim və ya tanışlarımızın başına gələn hadisələrin şahidi oluruq. Lakin, belə hadisələrə əksər hallarda sığorta baxımından yanaşmırıq. Maliyyə Nazirliyi tərəfindən bu istiqamətdə mütəmadi maarifləndirmə işləri aparılır.

Sosial qayğı artırSığorta işinin təbliği
Gündəlik həyatımızda hər an birbaşa olaraq bizim və ya tanışlarımızın başına gələn hadisələrin şahidi oluruq. Lakin, belə hadisələrə əksər hallarda sığorta baxımından yanaşmırıq. Maliyyə Nazirliyi tərəfindən bu istiqamətdə mütəmadi maarifləndirmə işləri aparılır.
Sosial qayğı artır
İyun ayının 13-də İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə sığorta işinin təbliğinə xidmət edən seminar-müşavirə keçirilib. Müşavirədə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin şöbə müdiri Mahir Abdullayev, İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, əlaqədar təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
Seminar-müşavirəni giriş sözü ilə Rövşən Ağayev açıb.
Mahir Abdullayev sığorta nə üçün lazımdır, sığorta nədir, sığortanı kim təmin edir, hansı sığorta sinifləri mövcuddur, sığorta müqaviləsi necə bağlanır, zərərlər necə tənzimlənir, sığorta işinə kim nəzarət edir? suallarına aydınlıq gətirib. Eyni zamanda daşınmaz əmlakın icbari sığortası haqqında məlumatları müşavirə iştirakçılarına çatdırıb.
Sonda R.Ağayev keçirilən tədbirə görə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarına minnətdarlığını bildirib.
Çinarə Bəhərçinli

Şərh Yaz