Yaxşı oxumalı, daha dərin biliklər əldə etməli

 

25 aprel 2024-cü il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində riyaziyyat-informatika fənn birləşmə komissiyasının müəllimlərinin və kompüter sistemlərində proqram təminatı ixtisası üzrə təhsil alan tələbələrin təqdimatında riyaziyyat və informatika fənlərinin əhəmiyyətindən bəhs edən tədbir keçirilib.

Tədbirdə kollecin direktoru dosent Kəmalə Süleymanlı çıxış edərək tələbələrə təhsildə uğurlar arzulayıb. O bildirib ki, bu ixtisası bitirən məzunların əksəriyyəti ali məktəblərdə ixtisasları üzrə təhsillərini davam etdirir və ya mütəxəssis kimi müxtəlif peşə sahələrində tətbiq olunan informasiya-kommunikasiya texnologiyaları mütəxəssisləri kimi fəaliyyət göstərir. Bu baxımdan da daha yaxşı oxumalı, öz ixtisasınız üzrə daha dərin biliklər əldə etməli, çalışqan və məsuliyyətli olmağa səy göstərməlisiniz.

Tədbirdə kollecin şöbə müdiri Kəmalə Hüseynova, Fənn Birləşmə Komissiyasının sədri Mətanət Sadıqlı, riyaziyyat müəllimi Aysel Məmmədova, informatika müəllimi Asiman Qasımlı çıxış edərək tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Elmir Ağayev

 

 

 

 

 

 

 

Şərh Yaz