Mükafata layiq uğur

Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə ekspert komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109‑cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq 2024-cü il gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti sərəncam imzalayıb.

Sərəncamla elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən bir qrup şəxsə 2024‑cü il Prezident mükafatları verilməsi qərara alınıb.

Mükafata layiq görülənlər arasında həmyerlimiz Ağamirova Rəvanə Seymur qızının da adının olması xəbərini böyük fərəh hissi ilə oxucularımızla bölüşürük.

Qeyd edək ki, qazanılan yüksək uğur münasibəti ilə rayon gənclərinin yaxın dostu, RİH başçısı Nahid Bağırov Rəvanəni həm 2 Fevral –  Gənclər Günü, həm də mükafatlandırılanlar sırasında olması münasibəti ilə təbrik edib, ona xoş arzularını çatdırıb.

İsmayıllı xəbərləri”

 

 

Şərh Yaz