Azərbaycan dilinə həsr olunmuş dəyirmi masa  

         

1 avqust 2023-cü il tarixində İsmayıllı Rayon İcra Hakimiyyətinin və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyində olan müəssisə əməkdaşlarının iştirakı ilə 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbirdə əvvəlcə müasir Azərbaycanın banisi ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra İsmayıllı rayon MKS-nin direktoru Orxan Ağayev tədbiri açıq elan edərək, bütün qonaqları salamlayıb və bu şərəfli gün münasibətilə hər kəsi təbrik edib. Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən söhbət açıb.

Kitabxananın əməkdaşları Ruhiyyə Nuğayeva və Leyla Şirinova Azərbaycan dilinin yaranma tarixi və Azərbaycan dili haqqında Konstitusiya Aktının tətbiq olunması barədə məlumat veriblər.

Qonaq qismində iştirak edən yazıçı Əzizə Cəfərzadənin oğlu Turan İbrahimov anasının yazdığı əsərlərdə Azərbaycan dilinin təbliği, onun qorunub saxlanılması barədə danışıb. Bu sahədə göstərdiyi xidmətlərə görə daim ulu öndər Heydər Əliyev tərəfindən yüksək qayğıyla əhatə olunduğunu vurğulayıb. Eyni zamanda, kitabxanaya yeni nəşr olunmuş kitablar hədiyyə edib.

Yekunda İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov çıxış edərək, zaman-zaman Azərbaycan dilinə olan təziqlərdən söz açıb.

Sonda xatirə şəkli çəkilib.

Şərh Yaz