Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

 

 

Çox hörmətli cənab İlham Əliyev!

44 günlük Vətən müharibəsində işğalda olan torpaqlarımızın geri qaytarılması Sizin polad iradənizin, xalq birliyinin ən uğurlu, şanlı səhifələrindəndir.

Hazırda Qarabağda, ümumiyyətlə, bölgədə aparılan quruculuq işləri bizləri çox sevindirir. Belə çətin və gərgin anlarda Sizin bölgələrimizə göstərdiyiniz xüsusi diqqət və qayğı hamı tərəfindən razılıq və rəğbətlə qarşılanır.

Bu günlərdə İsmayıllı rayonunun Zərgəran kəndinin yollarının yenidən qurulması və asfaltlaşdırılması biz kənd camaatının ürəyincə oldu.

Cənab Prezident! Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı çatdırırıq!

Azərbaycanın inkişafı naminə gördüyünüz bütün işlərdə Sizə uğurlar, möhkəm can sağlığı arzulayırıq!

Kənd sakinləri adından dərin hörmətlə:

Şahfəndər Əmrahiyev,

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Bizlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Şərh Yaz