Görüşlər problemin həllini sürətləndirir

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini müvəqqəti icra edən RİH başçısının birinci müavini Mahmud Süleymanov avqust ayının 2-də və 9-da rayon sakinlərini qəbul edərək onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib.

Müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Tapşırıq və tövsiyələrinə uyğun qəbul

 

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Nahid Bağırovun vətəndaşlarla növbəti səyyar qəbul-görüşü rayonun Kürdüvan kəndində keçib.

Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayondakı xidməti  idarə və müəssisə rəhbəri ilə birgə RİH başçısı kənd sakinlərini qayğılarıyla maraqlanıb.

Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Məsələlərdən bəzisi yerindəcə həllini tapıb. Araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb və həlli üçün müvafiq tapşırıqlar verilib.

Şərh Yaz