İncəsənət məktəbində 

                        

18 may 2023-cü il tarixində İsmayıllı rayon F.Əzimov adına Uşaq İncəsənət məktəbinin müəllimləri Qasımova Sevinc və Xoşqədəm Mikayılovanın təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Ürəklərdə Yaşayan Əbədiyaşar Lider” adlı tədbir keçirilib.

Tədbirdə məktəbin direktoru Bəhruz Həşimov, Mədəniyyət İşçiləri, Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədr vəzifəsini müvəqqəti icra edən Mayıl Fərəcov İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Araz Hüseyn və Mədəniyyət Mərkəzinin bədii rəhbəri Tofiq Babayevin çıxışlarında ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərindən danışıblar. Onun əbədiyaşar siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar.

Tədbir konsert proqramı ilə davam edib, sonda tədbirdə iştirak edən şagirdlərə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsi tərəfindən Tərifnamələr verilib.

Şərh Yaz