Dövrümüzün problemi – İmpuls kontrol pozuntusu                              

Son zamanlarda insanlar arasında əsəbilik, aqressivlik, əşyalara, özünə və ətrafındakı insanlara zərər vermək, emosiya və davranışlarını kontrol edə bilməmək kimi problemlərə daha çox rast gəlinməkdə, xüsusi ilə, valideyn və müəllimlərin daha çox narahat edən halını almaqdadır.

Bu problemin başlıca səbəblərindən biri uşaqlıqdan etibarən valideynlərin sərhəd qoymada etdiyi səhvlər (ərkəsöyünlük), məsuliyyət verilməməsi, ailənin və ətrafındakı insanların sağlam ünsiyyət qurmamasıdır. Həmçinin bəzi psixiatrik problemlər də aqressiv davanışlar sərgiləməyə səbəb ola bilər.

Bu gün bəhs edəcəyim mövzu yuxarıda sadaladığım şikayətlərə səbəb olan, psixiatrik xəstəliklərdən biri- İmpuls kontrol pozuntusu haqqında olacaq. İmpuls müəyyən bir davranışa istiqamətləndirən gücə verilən addır. İnsan doğulduğu vaxtdan müəyyən ehtiyaclarını sadəcə ağlamaqla bildirir. İnsan böyüdükcə həm ehtiyacları artır, həm də bu ehtiyaclarını qarşılamağı, gecikdirməyi və ya kontrol etməyi öyrənir. Öyrənə bilməyəndə isə İmpuls kontrol pozuntusu olaraq qarşımıza çıxır. İmpuls kontrolsuzluğu hissləri, emosiyaları kontrol edə bilməməklə aqressiv davranışlarla, əşyalara, özünə zərər verməklə, ətarafdakı insanlara kobud münasibətlə, həmçinin, hüquqi və maliyə problemləri ilə nəticələnir. Bu halları ailədə, işdə, kollektivdə və ya tək başına olanda belə görüb, anlaşılsa belə bunun bir xəstəlikdən qaynaqlandığı artıq çox gec olduğunda anlaşılır. İstər bu problemdən əziyyət çəkən fərd və ya yaxınları çox vaxt impuls kontrolsuzluğunu sosial vəziyyətdən və ya xasiyyətdən qaynaqlandığın düşünüb çarəsiz hiss edirlər.

İmpuls kontrolsuzluğu diqqət əksikliyi, hiperaktivlik pozuntusubipolyar xəstəlik, yemə pozuntuları, asılılıqlar kimi xəstəliklərin bir simptomu olaraq görsənməklə yanaşı, patolojik toplama, təkrarlayan uyğunsuz cinsəl davranışlar, kompulsiv alış-veriş etmə, dəri yolma, saç yolma, patolojik oğurluq kimi xəstəliklərə də özünü biruzə verir.

İmpuls kontrol pozuntusu olan insanlara necə kömək etmək olar? Bütün xəstəliklərdə olduğu kimi xəstəlik olaraq baxmaq və sağalmağı üçün çalışmaq, sağalma, normal vəziyyətə qayıtma ilə nəticələnir. Danlamaq, cəza vermək, uzaqlaşmaq, alçaldıcı sözlərdən istifadə etmək xəstəliyi daha da şiddətləndirər.

Kontrol edə biləcəyiniz həyat yaşamağınız diləyi ilə..

Fuad Bəşirov,

uzm. psxiator.dr.

 

 

 

 

 

 

 

 

 

 

 

Şərh Yaz