Məktəblilər arasında “Zəfər yolu” adlı inşa yazı müsabiqəsi keçirilib                  

İsmayıllı Rayon Təhsil Şöbəsi, İsmayıllı Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü ilə əlaqədar  rayonun Heydər Əliyev Mərkəzində “Zəfər yolu” adlı inşa yazı müsabiqəsi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə tanış olublar.

Çıxış edənlər şanlı zəfər tariximiz, Böyük Qələbəmizdən qürurla söhbət açıb, əlamətdar Zəfər Günü münasibətilə məktəbliləri  təbrik edib, onlara müsabiqədə uğurlar diləyiblər.

Şərh Yaz