146 illik tarixə aid dəyirmi masa                    

22 iyul 2021-ci il tarixdə İsmayıllı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) və İsmayıllı Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşlarının birgə səyi ilə Azərbaycanın Milli Mətbuatının yaranmasının 146 illiyi ilə bağlı dəyirmi masa təşkil edilib.

Tədbirdə “Xəzan” jurnalının əməkdaşı yazar Rafiq Akif və “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru şair Şahməmməd Dağlaroğlu dəvətlilər qismində iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Könül Baxışova 146 illik tarixindən danışıb. Qonaqların simasında bütün mətbuat əməkdaşlarını təbrik edib, onlara cansağlığı, uzun ömür, məsuliyyətli və şərəfli işlərində yeni-yeni uğurlar arzulayıb.

Qonaqlar öz çıxışlarında göstərilən diqqətə, təbrikə və xoş sözlərə görə minnətdarlığlarını ifadə ediblər.

Heydər Əliyev Mərkəzinin direktoru Fərəcov Mayıl çıxışında bildirib ki, Azərbaycan söz, fikir və mətbuat azadlığına ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyəti nəticəsində nail olub və  bu vacib prinsiplər Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün hərtərəfli şərait yaradılır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şərh Yaz