“Yay məktəbi” nin son akkordları                         

2020-2021-tədris ilində İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin 6-cı sinfindəki sonuncu dərs kifayət qədər yaddaqalan olub.

Bir qrup məktəbli ulu öndərin adını daşıyan Heydər Əliyev Mərkəzini ziyarət edib, Tarix-Diyarşünaslıq Muzeyində qədim tariximiz haqqında danışan eksponatlarla tanış olublar. “İsmayıllı xəbərləri”nin 500-cü, yubiley nömrəsi ilə tanışlıq da məktəblilərin marağına səbəb olub. Qəzetin redaktoru şagirdlərə mətbu orqanlarının ərsəyə gəlməsində vacib məqamlardan söz açıb.

Şagirdlər onlara bələdçilik edən H.Əliyev Mərkəzinin və Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.

Bir vaxtlar şəhər 1 nömrəli orta məktəbinin şagirdi olmuş, şair Şahməmməd Dağlaroğlu şagirdlərlə səmimi söhbətə qoşulub. Məktəb illəri ilə bağlı söylədiyi xoş xatirələrə, qəzetlə yaxından tanışlığa görə şagirdlər redaktora təşəkkür edib, “İsmayıllı xəbərləri” qəzetinin 500-cü nömrəsinin işıq üzü görməsi münasibətilə qəzetin yaradıcı heyətinə yeni-yeni uğurlar arzulayıblar.

Şərh Yaz