DURUM GEDİM EŞQİMGİLƏ             

“Durum gedim eşqimgilə” kitabında xalq şairi Musa Yaqub vəfat etdikdən sonra dostlarının, qələm yoldaşlarının, yaradıcılığından ilhamlanan ədəbi camiənin nümayəndələrinin, vaxtilə dərs dediyi şagirdlərinin sosial şəbəkələrdə və elektron mətbuatda yayımlanan xatirə, ürək sözləri, ona ithaf olunmuş şeir və yazı nümunələri toplanmışdır.

Formaca müxtəlif, məzmunca rəngarəng olan bu yazılar gələcək nəsillərə Musa Yaqubu müasirlərinin qələmindən də tanımağa bir vəsilə olacaqdır.

Kitab həm də Musa Yaqubun vəfatıyla əlaqədar ailəsinə dərin hüznlə verilən başsağlığını ehtiva edir.

Redaktoru Qorxmaz Şıxalıoğlu, məsləhətçiləri Simran Həsənov, Xeyrulla Ağayev, (tərtib edəni bəndəniz) – Bəhruz Məmmədov olan “Durum gedim eşqimgilə” kitabı iş adamı Famil Bağıyevin xeyirxahlığı ilə işıq üzü görmüşdür.

Kitabın az bir müddətdə ərsəyə gəlməsində dəstək olmuş Şahməmməd Dağlaroğluna, Təranə Cəbiyevaya, Daşdəmir Tağıyevə, Süleyman Abdullaya, Muxtar Kərimzadəyə, Dönməz Abbasova, Əli Həsənə və “Şərq-Qərb” mətbəəsinin kollektivinə təşəkkürümü bildirirəm.

B.Məmmədov

Şərh Yaz