İnzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyə sədrlərinin nəzərinə                 

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən ölkədə, eləcə də İsmayıllı rayonunda ümumi və suvarılan torpaq sahələrinin növləri, torpaq mülkiyyətçiləri və istifadəçiləri barədə məlumatlar müəyyənləşdirilərək təsdiq olunmuşdur.

Bu vacib məsələnin icrası torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə, həmçinin mühafizəsinə nəzarətin gücləndirilməsinin təmin edilməsi, kənd təsərrüfatı təyinatlı torpaqların üst münbit qatının korlanması ilə nəticələnən halların baş verməsinə yol verilməməsi, istifadəsiz qalmış torpaq sahələrinin dövriyyəyə cəlb olunması və torpaq qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması kimi vacib məsələləri gündəmə gətirir.

Yuxarıda qeyd olunanları əsas götürərək rəhbərlik etdiyiniz inzibati ərazi dairəsi hüdudları daxilində mülkiyyət formasından asılı olmayaraq, bütün torpaq sahələrindən təyinatına uyğun səmərəli istifadə olunması üçün əhali arasında məqsədəmüvafiq maarifləndirmə işinin aparılması, tapşırılanlara nəzarətin gücləndirilməsi sizə həvalə olunur.

İsmayıllıH-nin Sosial-iqtisadi inkişafın təhlil və proqnozlaşlması şöbəsi

Şərh Yaz