Belə fikirləşən də olur                           

* Qatara qoşulmuş elektrovozu saxlamaq üçün əl edən sakinə maşinist saxlamır. O, çox inciyir və deyir: O qədər vaqonda mənə yer tapılmazdı məgər?

* Mənim telefonum çox ağıllı idi. İnternetə qoşulandan sonra yolunu azdı.

* Küpə qazana tay deyil. Ona daha çox etibar edirlər. Çünki ondan xəzinə kimi istifadə olunur.

* Vatçapda iri çaplı mesajlardan istifadə olunub. Qarşı tərəf blok atəşi ilə susdurulub.

* Bananın qaralmasını istəmirsənsə onu asılqandan as. Elə biləcək ağacdadır. Təzə qalacaq.

* Qadın ərinə dedi: Gedirəm cəhənnəmə. Bezmişəm sənin qısqanclığından. Gözlə, mən də səninlə gedirəm. Birdən şeytan sənə söz atar.

* Qonşu, sanatoriyaya nə üçün tək gedirsən? Həyat yoldaşını özünlə aparmırsan? Ay qonşu, mənə bir adam göstər ki, Bakıdan Qəbələyə şabalıd alıb aparır.

Yaşar Nuriyev

Şərh Yaz