Ödənişlər ləngiməsə                               

Ulu öndərin adını daşıyan prospektdən başlanğıcını götürən və İsmayıllı şəhərinin cənub-qərbinə doğru 3 kilometrədək uzanan Mikayıl Müşfiq küçəsinin keçilməz hala düşməsi barədə İsmayıllı bələdiyyəsinə daxil olan müraciətlərə cavab olaraq, burada gediş-gəlişi asanlaşdıracaq səviyyədə abadlıq işləri aparılıb. Abadlıq işi şəhərin Mican və Qəzli məhəllərini də qismən əhatə edib.

Küçələrin çalalar əmələ gələn hissələrinə  daşınmış çınqıl qreyder vasitəsi ilə hamarlanıb. Görülən iş sakinlərin razılığına səbəb olub. Təmirə ehtiyacı olan digər küçələrdə də anoloji işlərin görülməsi planlaşdırılıb.

Bir məsələni də qeyd edək ki, bələdiyyə tərəfindən görülən bütün işlər yerli əhalidən toplanan əmlak və torpaq vergilərinin ödənişi hesabına gerçəkləşir. Sakinlərin vergi ödənişini ləngitməmələri görülə biləcək işlərin coğrafiyasını genişləndirə bilər.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz