Prezident ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərini elmə əsaslanaraq ifşa edir                

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Xocavənddəki alban məbədləri və Azıx mağarasını ziyarət ediblər. Ölkə başçısı Hünərli kəndindəki alban məbədinin divarlarında saxta yazıları ifşa edib, tarixi abidənin tullantılar və bayağı yazılarla təhqir edildiyinin şahidi olub.

Prezident xristian abidələrinə yaxşı baxmadığımızı iddia edənlərə iradını ifadə edərək bildirib: “İndi gəlsinlər, baxsınlar Azərbaycanın müxtəlif yerlərində xristian abidələri necə qorunur. Bu qədim Alban kilsəsini görərlər bir müddətdən sonra biz necə təmir etdirəcəyik. Azərbaycan ərazisində bütün dinlərin məbədləri dövlət tərəfindən qorunur, dövlət tərəfindən tikilir və bütün dünya bunu bilir.

Tuğ kəndində qədim Azərbaycan udilərinə məxsus olan alban məbədində də oxşar hallar müşahidə edilib. Ölkə başçısı məbədin divarları üzərindəki saxta yazılar barədə deyib: “Bunlar növbəti erməni saxtakarlığıdır. Sonradan gətirilmiş daşlardır. Bu məbədə heç bir aidiyyəti yoxdur. … Ermənilər bunu da erməniləşdirmək istəyib, amma alınmayıb və alınmayacaq”.

Bundan sonra Azərbaycan dövlətinin bu alban məbədini də qoruyacağı vurğulanıb. Bu mənada Şəki, Qax, Qəbələ, İsmayıllı və digər rayonlarımızda tarixi həqiqət kimi qorunub saxlanılan qədim kilsə və məbədləri nümunə göstərmək olar. Multikulturalizmin beşiyi olan Azərbaycanda dinindən və dilindən asılı olmayaraq hər bir millətə və etnik qrupa tolerant dəyərlərlə, öz reallıqları ilə yanaşılır. İsmayıllı rayonunu bariz nümunə kimi qeyd etməyə dəyər. Burada 20-ə yaxın millətin nümayəndələri bərabərhüquqlu şəraitdə yaşayır.

Azad edilmiş torpaqlarda 67 məsciddən cəmi ikisinin qaldığı, onlardan, alban kilsəsi kimi, müxtəlif məqsədlər üçün istifadə edildiyi də diqqətə çatdırılıb.

Ermənilərin xarabaya çevirdiyi Tuğ kənd məktəbinin qalıqlarına da baş çəkilib. Ali Baş Komandan qondarma erməni iddialarını ifşa edərək bu kəndin qədim Azərbaycan torpağı olduğunu bildirib və qeyd edib: “Erməni kəndi olsaydı, bunu dağıdardılar? Bura qədim Azərbaycan torpağıdır. Tuğ kəndi həmişə Azərbaycan kəndi olub, bundan sonra da olacaq”.

Sonra, Prezident İlham Əliyev və ailə üzvləri Azıx mağarasında olublar. 1960-cı ildə azərbaycanlı alim, arxeoloq Məmmədəli Hüseynov tərəfindən aşkar edilmiş bu elmi-tədqiqat abidəsi dünyada ən qədim insanların yaşayış yerlərindən biri kimi xatırladılıb. Mağaranın Azərbaycan tarixinə məxsus sərvət olduğu, Ermənistanın burada qanunazidd işlər apardığı, xaricdən qanunsuz olaraq alimlər gətirdiyi qeyd edilib. “Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar. Onlar bu ziyanın hamısını ödəyəcəklər. Onları məcbur edəcəyik… Azıx mağarasını azərbaycanlı alim aşkarlayıb. Azıx mağarası Azərbaycan ərazisində yerləşir. Bundan sonra azərbaycanlı alimlər və onların dəvəti ilə gələcək xarici alimlər burada qanuni yollarla tədqiqatlar aparacaqlar” – Prezident bildirib.

id Hüseynov

 

 

Şərh Yaz