Qazilər ziyarət olunur                                 

 İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri döyüşdən qayıdan qaziləri yaşadıqları ünvanlarda ziyarət ediblər.

Ziyarətçilər Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması istiqamətində uğurlu hərbi əməliyyatlarda qazi adını qazanan döyüşçülərlə səmimi söhbətdə onlara Allahdan şəfalar diləyib, valideynlərinə minnətdarlıq edib, qayğıları ilə maraqlanıblar. Görüş pandemiya qaydalarına uyğun olaraq keçirilib.

Ziyarətdən məmnun qalan qazilərimiz və ailə üzvləri ilə söhbət əsnasında Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və qətiyyəti ilə düşmən üzərində qalibiyyət qazanan rəşadətli Azərbaycan ordusunun qəhrəman hərbi qulluqçuları keçdikləri şərəfli döyüş yolundan da  söz açıblar.

Qazilər döyüşlərlə bağlı təəssüratlarını bölüşüblər. Ailə üzvləri qazi əzizləri ilə qürur duyduqlarını qeyd edərək, göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.
RİH başçısı bildirib ki, şəhid ailələri və ailələrinə zəfərlə qayıdan qazilər, Vətən müharibəsinin digər iştirakçıları daim diqqətdə olacaq, hər zaman dövlətimizin və ölkə rəhbərinin qayğısını hiss edəcəklər.

İsmayıllı xəbərləri”

Şərh Yaz